"9-cu meydan" kitabının təqdimatı keçirildi- FOTOLAR

"9-cu meydan" kitabının təqdimatı keçirildi- FOTOLAR
1 may 2017-ci il tarixində, Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı-araşdırmaçı, şair-publisist, “Borçalı” Cəmiyyətinin Mətbuat və İnformasiya rəhbəri Elbəyi Cəlaloğlunun “9-cu meydan” kitabının geniş müzakirəsi və imza günü keçirildi.

Tədbiri Azərbaycan Yazıçılar Birliyi, Bədii tərcümə və Xarici əlaqələr mərkəzinin sədri, şair Səlim Babullaoğlu açdı. Məclisin aparıcısı qismində çıxış edən Səlim bəy Elbəyi Cəlaloğlunu təbrik etdikdən sonra, “9-cu meydan” kitabında yer alan hər bir doqquz əsər haqqında əhatəli fikir söylədi, oradakı əsərlərin mahiyyəti, yazılmasında məqsəd barədə fikirlərini bölüşdükdən sonra, sözü kitabın redaktoru, filologiya elmləri doktoru, professor, şair, tərcüməçi Nizami Tağısoya verdi. Nizami bəy geniş, əhatəli, rabitəli çıxışı ilə kitab barədə fikirlərini söylədi, əsərin tariximizlə, türkçülüklə, numerologiya ilə bağlılığına diqqət çəkdi, eyni zamanda müəllifin əsərdə milli-mənəvi, tarixi-estetik, psixoloji məqamlara və dünya fəlsəfəsinin zaman-zaman siyasət və ictimaiyyətə təsirinə diqqət çəkdiyi barədə düşüncələrini bölüşdü.

Bundan sonra ön sözün müəllifi, AMEA Coğrafiya İnstitutunun direktoru, Dövlət mükafatı lauretaı, akademik Ramiz Məmmədova söz verildi. Hörmətli akademik kitabın geniş oxucu kütləsi üçün böyük əhəmiyyət daşıdığını dilə gətirərək, oradakı tarixi, fəlsəfi, etnoqrafik, psixoloji məqamlar və diqqət çəkən təşbehlər, bənzətmələr, ədəbi üsullar barədə ətraflı danışdı.

“Borçalı” Cəmiyyətinin sədri, politoloq, həkim Zəlimxan Məmmədli “9-cu meydan” əsərində diqqət çəkən tarixi faktlar barədə mülahizələrini söylədi. Natiq “Borçalı türklərinin həmrəylik günü” tədbirinin hər il dekabrın 25-də keçirilməsini xatırladaraq, təsadüfən seçilmiş bu tarixin “9-cu meydan”da qutsal gün olduğunun tarixi faktlarla izah edildiyini iştirakçıların nəzərinə çatdırdı.

Tədbirdə diqqət çəkən məqamlardan biri də iştirakçıların əksəriyyətinin əsəri oxudaqlarını nümayiş etdirmələri və kitabda yer alan digər əsərlər barədə də öz fikirlərini söyləmələri oldu. Bu qəbildən fəlsəfə doktoru Faiq Ələkbərli, fəlsəfə doktoru, şair Əsəd Əliyev, şair Rəfail Tağızadə, doktor Tapdıq Həsənov, şair Vəli Qaraçaylı, hüquqşünas Nazim Musayev, doktor, şairə Qiymət Məhərrəmli, şair Elxan Zal, jurnalistlər Arif Məmmədli, Rüfət Muradlı, İlqar İlkin, siyasətçi İbrahim Burhanov, Aydın Paşayev, Əmirxan Babaşov, yazıçı Əyyub Qiyas, şairlər İlqar Türkoğlu, Əzizə Ağahüseyn qızı, Qüdrət Kazımova, Niftalı Göyçəli, Xalidə İlyasqızı, Laçın Cəfərli, Qəzənfər Məsimoğlu, Nazilə Gültac, Həvillək Bayramov, Rəşid Hacılar, aşıq Tərmeyxan, Hüsniyyə İsmayıllı, Süleyman Səmədoğlu, Gülnarə Acalova, Dünyamalı İbrahimov və başqaları çıxış etdilər. Gənc yazarlardan Məhəmməd Xəyal, Azad Əbdülrəhmanlı, Yaşar Qafqazlı, Rauf Alagöz, Tural Məmmədli, Aişə və digərləri müəllifi təbrik etdilər və ondan ibrət götürdüklərini dilə gətirdilər. Türkiyəli qonaq Kənan İşık Elbəyi Cəlaloğlunun Türkiyədə də çox sevildiyini söyləyərək, buna əsas səbəb kimi müəllifin “Mehralı bəy” dastan-poemasının olduğunu söylədi.

Sonda söz müəllifə verildi. Elbəyi Cəlaloğlu AYB-nin rəhbəri Anar müəllimə, birliyin əməkdaşlarına, aparıcı Səlim Babullaoğluna, sədrin müşaviri Rauf Aslana, kitabda əməyi keçən və tədbirə qatılan hər kəsə təşəkkür etdi. Müəllif eyni zamanda AYB rəhbərliyinin faksla göndərdiyi, orijinalın isə şəxsən özünün çatdırdığı dəvət məktublarına əhəmiyyət verməyən Azərbaycan televiziyalarının məşhur ziyalıların iştirak etdiyi bu cür gözəl tədbiri işıqlandırmağa gəlmədiyinə təəssüf etdiyini bildirdi.
Tədbir xatirə şəkilləri çəkdirməklə və müəllifin öz imzası ilə kitab almaqla sona çatdı.

"9-cu meydan" kitabının təqdimatı keçirildi- FOTOLAR
"9-cu meydan" kitabının təqdimatı keçirildi- FOTOLAR
"9-cu meydan" kitabının təqdimatı keçirildi- FOTOLAR
"9-cu meydan" kitabının təqdimatı keçirildi- FOTOLAR

"9-cu meydan" kitabının təqdimatı keçirildi- FOTOLAR

  • 2-05-2017, 19:10
  • 197


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI