Sabiq rəisin həbs müddəti yenidən uzadılır

Sabiq rəisin həbs müddəti yenidən uzadılır Akif Əlizadə: “Heç bir əsas olmadan Rəşad Məmmədovu həbsdə saxlamaq istəyirlər”

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun daha 3 ay müddətinə həbsdə qalması üçün vəsatət verib. Artıq vəsatət Baş Prokurorluğa daxil olub. Vəsatətə dekabrın 8-də Səbayel Rayon Məhkəməsində baxılacağı gözlənilir.

Bu haqda R.Məmmədovun vəkili Akif Əlizadə məlumat verib. Vəkil deyib ki, müvəkkilinin həbs müddətinin daha 3 ay artırılması üçün heç bir əsas yoxdur: “Rəşad Məmmədovun həbsdə saxlanılmasının əsassızlığını, qanunsuzluğunu bir kənara qoyuruq. Anlamağa çalşırıq ki, onun həbsdə saxlanılmasının mənası nədir? Hamıya bəllidir ki, onun günahı yoxdur. Rəşad Məmmədovu Zabil Salmanovun ərizəsi əsasında həbs etmişdilər. İş üzrə yeganə zərərçəkən o idi. Zabil Salmanov da ərizə ilə istintaqa müraciət edib ki, Rəşad Məmmədovdan şikayətçi deyil, onu Rəşad Məmmədovun əleyhinə ifadə vermək üçün zorakılığa məruz qoyublar. Bu günə qədər iş üzrə zərərçəkəni dindirilməyib, üzləşdirmə, heç bir istintaq hərəkəti aparılmayıb. Bizim müdafiə tərəfi olaraq istintaqın müddətinin uzadılmasına heç bir etirazımız yoxdur. Sadəcə Rəşad Məmmədovu ev dustaqlığına buraxsınlar”.
Sabiq rəisin həbs müddəti yenidən uzadılır
Vəkil deyib ki, həbs müddətinin uzadılması üçün qanunda nəzərdə tutulan əsaslar olmadığı halda R.Məmmədovun həbsdə qalması tələb olunub: “Faktiki heç bir əsas yoxdur. May ayında zərərçəkəni və bu adamları dindiriblər. Bununla da istintaq hərəkətləri bitib. Hər dəfə də istintaq müddəti 3 ay olmaqla uzadılıb. Şəxsin həbsdə saxlanılması üçün qanunla 4 əsas müəyyən edilib – şəxs azadlıqda qalarsa şahidlərə təzyiq edə biləcəyinə real əsas olduqda; azadlıqda qalarsa yenidən cinayət törədə biləcəyi real olduqda; cinayətə meylli şəxs olarsa və əməli ağır cinayətlər kateqoriyasına aid olarsa. Rəşad Məmmədova dövlətin mühüm bir obyektinə rəhbərlik etməyi həvalə ediblər. Onun şəxsiyyəti necə təhlükəli ola bilər?”

Vəkilin sözlərinə görə R.Məmmədov Z.Salmanovdan təzyiq altında alınan ifadə əsasında həbsə alınıb: “Bu gün Zabil Salmanov deyirsə ki, həmin ifadələri ona zor tətbiq etməklə alıblar, qanunla həmin ifadələrin heç bir hüquqi qüvvəsi yoxdur. Eldar Mahmudov tutduğu vəzifədən çıxarılandan sonra Zabil Salmanov yazılı şəkildə MTN-in və Baş Prokurorluğun rəhbərliklərinə ərizə ilə müraciət edib. Ərizəsində göstərib ki, onu Rəşad Məmmədova qarşı ifadə verməyə məcbur ediblər, özü də zorakılığa məruz qalıb. Zabil Salmanov ondan zorla alınan ifadəsindən imtina edib. Dekabrın 12-də Rəşad Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bitir. Ona qarşı sərgilənən mövqe obyektivlikdən kənardır. İstintaq orqanı heç bir əsas olmadan həbs müddətini və müvafiq olaraq istintaq müddətini uzatmaq istəyir. Zabil Salmanov yazılı şəkildə istintaqa müraciət edir ki, heç bir şikayəti, tələbi yoxdur. Onu çağırıb ifadə almaq əvəzinə istintaq müddətini uzadılması haqda vəsatət verirlər. Hamı bilir ki, bu adamların günahı yoxdur. Sadəcə Rəşad Məmmədovu sıradan çıxarmaq üçün ona qarşı qondarma ittiham quraşdırılıb. Sabiq MTN rəhbərliyi bu işdə oyun qurub”.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı İdarəsinin keçmiş rəisi R.Məmmədov bu ilin may ayının 12-də həbs edilib. Səbayel Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti sonradan uzadılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi başlanıb. R.Məmmədov hazırda MTN-in İstintaq Təcridxanasında saxlanılır./musavat.com/

Sabiq rəisin həbs müddəti yenidən uzadılır

  • 7-12-2015, 22:03
  • 853


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  5. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
  6. İsmayıllıda reyd keçirilib - FOTOLAR
  7. DTX XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİR - Rəsmi açıqlama
  8. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  9. Şənbə günü üçün hava proqnozu açıqlandı
  10. Naxçıvanda koronavirusdan ölənlərin sayı açıqlandı
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI