Vergi dərəcəsi və cərimələr artırıldı

Dekabrın 8-də rəsmi qəzetlər Vergi Məcəlləsinə prezident İlham Əliyevin təsdiqlədiyi dəyişiklik və əlavələri dərc edib.

Vergi dərəcəsi və cərimələr artırıldı Dəyişiklərə görə, sadələşdirilmiş vergi dövriyyəsi artırılıb. Gələn ildən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 min manat və daha az olanlar sadələşdirilmiş vergi ödəyicisi ola biləcəklər. İndiyədək həmin dövriyyə 120 min manatla məhdudlaşırdı.

Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatı aşan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər də, istəsələr, sadələşdirilmiş vergi ödəyicisi ola biləcəklər.

Sadələşdirilmiş verginin dərəcəsi ticarət fəaliyyəti üzrə — 6, ictimai iaşə fəaliyyəti üzrə — 8 faizə qaldırılıb.

Nağd pul əməliyyatlarının aparılması qaydalarının pozulmasına görə maliyyə sanksiyaları yalnız ictimai iaşə və ticarətlə məşğul olanlar üçün aşağıdakı şəkildə artırılıb:

- Təqvim ili boyunca belə hallara 1-ci dəfə yol verildikdə 2 min manat, 2-ci dəfə yol verildikdə 4 min manat, üç və daha çox dəfə yol verildikdə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Digərləri üçün köhnə sanksiya məbləği, müvafiq olaraq 400, 800 və 1200 manat qaydası saxlanıb;

- Bələdiyyələr üçün mədən vergisinin (hər kubmetr üçün) dərəcəsi 50 qəpikdən 1 manata qaldırılıb;

- Bina tikintisində vergitutma obyektinin hər kvadratmetrinə 45 manat (əvvəllər 10 man. idi) sanksiya müəyyənləşdirilib. Əmsallar Vergi Məcəlləsinə salındığından Nazirlər Kabinetinin müvafiq qaydasına ehtiyac qalmayıb. Bakı şəhərində əmsallar belə olacaq: 1-ci zona – 4; 2-ci zona – 3; 3 və 4-cü zonalar -2.2; 5 və 6-cı zonalar – 1.8; 7,8 və 9-cu zonalar - 1.5; 10,11,12-ci zonalar – 1.2.

Xeberdar.net

Vergi dərəcəsi və cərimələr artırıldı

  • 8-12-2015, 14:26
  • 710


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  2. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  3. Nuru Paşanın yavəri...
  4. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  5. MİLLƏT VƏKİLİ DEPUTAT VƏSİQƏSİNİ GİROV QOYUB – 300 min dollar borca görə
  6. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  7. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  8. Buraxın İqbal Ağazadəni kütlənin ixtiyarına – qoy öldürsünlər!
  9. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
  10. Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI