Oyunlar bitdi: dollar qalxacaqmı? - Vahid Əhmədovun şərhi

Oyunlar bitdi: dollar qalxacaqmı? - Vahid Əhmədovun şərhi
Məlum olduğu kimi, Bakıda keçirilən IV İslam Həmrəyliyi oyunları dünən bitib. İqtisadçılar oyunlardan əvvəl dolların qiymətinin ucuzlaşmasını şərh edərək bildirirdilər ki, məqsəd ölkəyə gələn turistlərdən ucuz qiymətə dollar almaq və ölkədə xarici valyutanı artırmaqdır. Bəzi iqtisadçılar isə oyunlar bitdikdən sonra dolların yenidən bahalaşacağını proqnozlaşdırırdılar.

Oyunların bitdiyini nəzərə alsaq, demək ki, dolların kursu məsələsi yenidən gündəmə gəlir.

BakuPost.az-ın əməkdaşı məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun fikirlərini öyrənib. Deputat bildirib ki, turistlərin gəlişi dolların ucuzlaşmasının səbəblərindən sadəcə biridir: "Bunu turistlərin gəlişi ilə əlaqələndirirlər. Əlbəttə, həm də onunla bağlıdır. Amma Mərkəzi Bankın yürütdüyü digər siyasəti də vurğulamaq lazımdır. Belə ki, dolların qiymətini üzən məzənnə siyasəti müəyyən edir. Bu da tələb və təkliflə, idxal-ixrac əməliyyatlarıyla əlaqədardır. 2016-cı ilin ikinci yarısından başlayaraq, o cümlədən 2017-ci ildə Azərbaycanda ilk dəfə ticarət balansında müsbət saldo yaranmışdı. Yəni idxal ixracdan az idi. Bu da milli valyutaya təsir eləyən amillərdən biridir. Bundan əlavə, Azərbaycanda müəyyən qədər Mərkəzi Bank tərəfindən aparılan siyasət nəticəsində maliyyə bazarında müəyyən stabilləşmə həyata keçirilirdi. Bu da əsasən manatın müəyyən qədər stabil qalmasına gətirib çıxardı. O cümlədən real sektorun inkişafına müəyyən qədər az vəsait buraxıldı və s. Yəni sterilizasiya tədbirləri, monitar siyasət həyata keçirən Mərkəzi Bank manatın kursunun stabilləşməsinə nail oldu. Mən hesab edirəm ki, bu siyasət belə davam edərsə, manatın dollar olan münasibəti elə bu səviyyədə də qorunub saxlana biləcək”.

V.Əhmədovun fikrincə maliyyə bazarına vəsait buraxılsa, manat üçün problem yarana bilər: "Azərbaycanda real sektorun inkişafı üçün real vəsait lazımdır. O vəsait də mənə elə gəlir ki, Azərbaycan dövlət büdcəsindən nəzərdə tutulub. Ona görə də pul qıtlığı yaratmamaq üçün ola bilər ki, maliyyə bazarına müəyyən qədər vəsait buraxılsın. Vəsait buraxılsa, onda manatın məzənnəsi ilə bağlı müəyyən problemlər yarana bilər. Hələlik isə məzənnə qorunub saxlanılır, bu da önəmli məsələlərdən biridir. Düşünürəm ki, manatı uzun müddət bu həddə saxlamaq çətindir. Neftin qiymətində artım olarsa, əlbəttə heç bir problem yaşanmaz. Amma onsuz da manat gec və ya tez öz qiymətini bazarda almalıdır”.

Xeberdar.net

Oyunlar bitdi: dollar qalxacaqmı? - Vahid Əhmədovun şərhi

  • 23-05-2017, 21:21
  • 366


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI