Sumqayıtda məktəblərin stadionu şirkətlərə satılıb - VİDEO

Sumqayıtda məktəblərin stadionu şirkətlərə satılıb - VİDEO
Sumqayıtdakı 5 və 16 nömrəli məktəblərin idman meydançası tikinti şirkətlərinə satılıb və orada hündürmərtəbəli binalar ucaldılıb.

ARB 24 xəbər verir ki, hazırda analoji hadisə 21 nömrəli orta məktəbin idman meydançasında yaşanır. Həmin ərazidə yaşayan sakinlər təhsil müəsissəsinin stadionunun qəsdən dağıdıldığını və qeyri-qanuni olaraq tikintinin aparıldığını deyirlər. Əlavə edirlər ki, faktla bağlı Təhsil Nazirliyinə müraciət edilib və qurumdan bildirilib ki, burada heç bir tikinti aparılmayacaq.

Bundan başqa, məktəbin yolu da dağılaraq bərbad vəziyyətə salınıb. Sakinlər deyirlər ki, əvvəllər burada asfalt örtüyü olub və yolu bu hala ağırtonnajlı maşınlar gətirib çıxarıb.

Məsələ ilə bağlı üz tutduq 21 nömrəli məktəbə. Tədris ocağının direktoru müxtəlif bəhanələrlə suallara cavab verməkdən imtina edib. Yalnız bildirib ki, stdionda heç bir tikinti işləri aparılmayacaq. Yaxınlıqda hündürmərtbəli binalar inşa edən şirkətdən isə cavab verən olmayıb. Əksinə çəkilişə mane olmağa çalışıblar.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsindən bildiriblər ki, mövcud vəziyyətdən xəbərləri var. Qapalı mini futbol meydançası yaradılıb, həmin ərazidə tikinti işlərinin qanuni şəkildə həyata keçirilməsi üçün sənədləşmə işlərinə başlanılıb.

Sumqayıtda məktəblərin stadionu şirkətlərə satılıb - VİDEO

  • 24-05-2017, 17:07
  • 300


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə; "İranla bağlanan o saziş təkcə siyasi deyil, həm də iqtisadi cəhətdən də nə qədər ziyanımızadır,.."
  2. “Məməmmədli” kəndinin probelmləri Türkiyənin televiziyasında yayımlanıb
  3. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq – FOTO
  4. SAAKAŞVİLİ RUSİYA PREZİDENTİ HAQDA SENSASİON AÇIQLAMALAR VERDİ:"Sarkozi qorxmuş vəziyyətdə danışdı ki, Putin zombiləşib, o, çox təhlükəli adamdır..." - VİDEO
  5. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  6. Azərbaycanda əmək müqaviləsinin forması dəyişdirilir
  7. Azərbaycandan milyonlarla pulu çıxaran şəxslər kimlərdir? — DTX əməliyyatının ŞOK DETALLARI
  8. SABİQ NAZİRİN ŞİRKƏTİ 10 MİLYONLUQ TENDERİN QALİBİ OLUB - Son 9 ay ərzində ikinci dəfə
  9. "Ölkədə durum o qədər ciddiləşməkdədir ki, hər hansı kiçik bir hadisədən belə hər an böyük bir proses baş verə bilər" - Hürrü Əliyev
  10. Deputat karantin rejiminin qaydalarını pozub - FOTO
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI