Güclü yağış Bakıda avtomobillərin sıxlığına səbəb olub

Güclü yağış Bakıda avtomobillərin sıxlığına səbəb olub Bu gün səhər saatlarında Bakının yollarında nəqliyyat vasitələrinin böyük sıxlığı müşahidə edilir.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilir.
Hazırda əsas sıxlıq Ziya Bünyadov prospekti (hər iki istiqamət), Nobel prospekti (şəhər istiqaməti), Heydər Əliyev prospekti (kənar yol/ alternativ olaraq əsas yol ), habelə Səməd Vurğun küçəsi, Bakı-Sumqayıt şosesi (paytaxta doğru) nəqliyyat vasitələrinin sıxlığı mövcuddur.

Bundan başqa, nisbi sıxlıq isə Bakının Abbasqulu ağa Bakıxanov küçəsi, Yusif Səfərov küçəsi (şəhər istiqamətində), Rəşid Behbudov küçəsi, Tbilisi prospekti (şəhərə doğru/ alternativ yol - Həsən Zərdabi küç.), o cümlədən Üzeyir Hacıbəyov küçəsində (alternativ yol - 28 May küç) izlənilir.
Ehtimal edilir ki, yollarda sıxlıq yağan yağış nəticəsində yaranıb.

Güclü yağış Bakıda avtomobillərin sıxlığına səbəb olub

  • 9-12-2015, 10:01
  • 822


Oxşar mövzular
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI