“Bizim Yol”da ev üstündə qırğın düşdü - Elçin Rüstəmli getdi/ Açıqlama

“Bizim Yol”da ev üstündə qırğın düşdü - Elçin Rüstəmli getdi/ Açıqlama
Mənzilə ehtiyacı olan jurnalistlərə dövlət tərəfindən veriləcək evlərin bölgüsü ilə bağlı redaksiyalar daxilində gərgin dartışmalar başlanıb. Onlardan biri mayın 24-də "Bizim Yol” qəzetinin redaksiyasında keçirilən iclasda baş verib.

BakuPost.az-a verilən məlumata görə, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin də iştirak etdiyi həmin iclasda mübahisə yaranıb.

Buna səbəb evlərin bölgüsü zamanı qəzet əməkdaşlarının namizədliyinin irəli sürülməsi məsələsi olub. "Bizim Yol”un baş redaktoru Bahəddin Həziyevin qəzetin jurnalisti Müşviq Hüseynovu, reklam işləri üzrə piar meneceri Gülnarə Məmmədovanı və qəzetin gənc reportyoru Ramid İbrahimovu dəstəkləməsi və baş redaktorun birinci müavini Elçin Rüstəmli, eləcə də qəzetin əsas simalarından biri - Rəşad Vaqifoğlunun siyahıya salınmaması etirazla qarşılanıb.

Redaksiyanın iclasında olanlar sonuncu namizəd istisna olmaqla digər iki nəfərə ev verilməsinə qarşı çıxıblar. Bu mübahisədə xüsusi ilə qəzetin baş redaktorunun 1-ci müavini Elçin Rüstəmli sərt etirazını bildirib.

İclasda gedən gərgin müzakirə və mübahisələrdə E.Rüstəmli illərdir ki, mediada işlədiyini, 10 ildən çoxdur "Bizim Yol” üçün dəridən-qabıqdan çıxdığını qeyd edib.

Lakin B.Həziyev öz namizədlərini dəstəkləyib. Bu da emosiyaları daha da artırıb və E.Rüstəmli istefa verdiyini bəyan edərək, redaksiyanı tərk edib.

Məsələ ilə bağlı saytımıza danışan E.Rüstəmli redaksiyada gərginliyin olduğunu təkzib etməyib, lakin "Bizim Yol”dan istefa vermədiyini bildirib. O, baş verənlərin konfidensial bir məsələ olduğunu deyərək, əlavə şərh vermək istəməyib.

“Bizim Yol”da ev üstündə qırğın düşdü - Elçin Rüstəmli getdi/ Açıqlama

  • 25-05-2017, 12:00
  • 399


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  5. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  6. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI