Neftin qiyməti hansı səviyyəyə qədər enəcək? - Ekspert şərhi

Neftin qiyməti hansı səviyyəyə qədər enəcək? - Ekspert şərhi

“Bəzi ekspertlər neftin qiymətinin 20 dollaradək ucuzlaşacağını proqnozlaşdırırlar”.

Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-alim Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, xam neftin dünya bazar qiymətində bu gün cüzi artım qeydə alınsa da dünən baş verən ciddi ucuzlaşma aparıcı xəbər kanallarının baş mövzusu olaraq qalır: “Çünki, müşahidə olunan ucuzlaşma nəticəsində neftin qiyməti 2009-cu ilin fevral ayından sonra ən aşağı səviyyəyə düşüb və uzun müddətdir ki, gözlənilən 1 barrel/40 dollar psixoloji baryerini aşıb. Beləliklə, yeni qiymət bu ilin əvvəli ilə müqayisədə 1 barelə görə 10 dollardan çox aşağı düşüb”.

Ekspert hesab edir ki, xam neftin qiymətin hansı səviyyəyə qədər enəcək sualı bu gün beynəlxalq analitikləri ciddi düşündürür: “Onların qiymətləndirmələrinə və proqnozlarına görə dünya bazarlarında hazırda xarakterizə olunan yüksək təklif şəraitində qiymətlərin uculaşmasının qarşısı alınmaz olacaq və ucuzlaşma davam edəcək. Bəzi ekspertlər qiymətin 20 dollaradək ucuzlaşacağını proqnozlaşdırırlar. Hazırda bazara gündəlik 92 milyon barel tələbə qarşı ən azı 1 milyon bareldən çox neft təklif olunur. Odur ki, qiyməti ucuzlaşdıracaq başlıca səbəb kimi təklifin artması qeyd olunur”.

Q.İbadoğlu vurğulayıb ki, xam neftin qiymətlərinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına və manatına neqativ təsirlərini neytrallaşdırmaq məqsədilə əlavə maliyyə qaynaqlarının formalaşdırılması iqtiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir: “Bu istiqamətdə qısa müddətli effektə yalnız biznes mühitinin yaxşılaşdırılması yolu ilə nail olmaq mümkündür. Bu isə təcili olaraq ciddi qərarların, o sıradan da inhisarçılıqla və korrupsiya ilə mübarizə və paralel sürətdə də iqtisadi azadlıqların genişləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsini zəruri edir”.

İqtisadçı sonda onu da xatırladıb ki, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiyməti 1 barrel üçün 50 ABŞ dolları götürülüb.

Xeberdar.net

Neftin qiyməti hansı səviyyəyə qədər enəcək? - Ekspert şərhi

  • 9-12-2015, 10:05
  • 649


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  3. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  4. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  5. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
  6. Alim: "1918-ci ildə Azərbaycan türkləri demokratik cümhuriyyət qurmağa qadir və layiq olduqlarını sübut etdi"
  7. Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
  8. Yol qəzasında 4 hərbçimiz həlak olub
  9. "Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
  10. Milli Məclis Deputatlarının maaş cədvəli açıqlandı- MƏBLƏĞLƏR
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI