Külək güclənəcək, yağış yağacaq

Külək güclənəcək, yağış yağacaq
İyunun 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuPost.az-a verilən məlumata görə, şimşək çaxacağı ehtimalı var. Arabir şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 23-25° isti olacaq.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Külək güclənəcək, yağış yağacaq

  • 31-05-2017, 12:20
  • 435


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. Təhsil Naziri Ceyhun Bayramova MÜRACİƏT…
  5. 30 iyunda gözlənilən hava şəraiti
  6. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  7. Polis əməliyyat keçirdi, saxlanılanlar var –DİN
  8. Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib
  9. Deputatın mülkləri - siyahı
  10. Siyəzəndə quş ətinin çəkisini su vuraraq artıran müəssisə aşkarlanıb - VİDEO
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI