Növbəti əfv sərəncamı nə vaxt veriləcək?

Növbəti əfv sərəncamı nə vaxt veriləcək?
15 iyun Qurtuluş günü və ya 18 oktyabr Dövlət Müstəqilliyi günü ərəfəsində növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.

Xeberdar.net-in Modern.az-a istinadən məlumatına görə, bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova deyib.

“Artıq biz sənədləri toplayırıq və həmin sənədlərə baxırıq. Mən hesab edirəm ki, artıq növbəti əfv sərəncamının vaxtı çatıb. Bununla bağlı müəyyən işlər görülür. Ona görə də deyə bilərəm ki, 15 iyun və ya 18 oktyabr tarixlərinin birində əfv sərəncamı veriləcək. Bununla da daha bir qrup məhkum azadlığa qovuşacaq”.

Xeberdar.net

Növbəti əfv sərəncamı nə vaxt veriləcək?

  • 31-05-2017, 18:22
  • 421


Oxşar mövzular
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI