İcazəsiz aksiyalarla bağlı cəzalar sərtləşdirildi - cərimələr artırıldı

İcazəsiz aksiyalarla bağlı cəzalar sərtləşdirildi - cərimələr artırıldı İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentə göndərilib
Milli Məclisin növbəti plenar iclası dekabrın 18-də keçiriləcək. Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Xidmət rəhbərinin sözlərinə görə, gündəliyə İnzibati Prosessual Məcəlləsi, Torpaq Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklər də təklif olunub. “Publik hüquqi şəxslər haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

“Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi isə ilk dəfə parlamentdə müzakirə ediləcək.

Azərbaycanda qanunsuz toplantıların, mitinqlərin, yürüşlərin və s. təşkili ilə bağlı məsuliyyət nəzərdə tutan maddənin adı və şərtləri dəyişdirilir, cəzalar ağırlaşdırılır. (APA) Milli Məclisdən verilən məlumata görə, bu halları nəzərdə tutan maddə yeni İnzibati Xətalar Məcəlləsində yeni redaksiyada verilib. Yeni məcəllədə “Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması” adlanan 512-ci maddədə deyilir ki, “Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin ”Sərbəst toplaşmaq azadlığı haqqında" qanun ilə müəyyən edilmiş qaydasının pozulmasına görə, fiziki şəxslər 1500 manatdan 3000 manata qədər cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 200 saatdan 240 saatadək ictimai işlər və ya 2 aya qədər inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər isə 3 000 manatdan 6 000 manata qədər, hüquqi şəxslər 15 000 manatdan 60 000 manata qədər cərimə olunur".

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla müəyyən edilmiş qaydanın pozulmasına görə, fiziki şəxslər 1500 manatdan 3000 manata qədər cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 200 saatdan 240 saatadək ictimai işlər və ya 2 aya qədər inzibati həbs tətbiq olunur.

Maddənin ikinci hissəsində isə deyilir ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə 300 manatdan 600 manata qədər cərimə, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 200 saata qədər ictimai işlər və ya 2 aya qədər inzibati həbs tətbiq edilir. Maddənin “Qeyd” hissəsində isə bildirilir ki, yuxarıda nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyəti tətbiq olunur.

Qeyd edək ki, göstərilən hallarla bağlı hazırda qüvvədə olan 298-ci maddə “Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasının pozulması” adlanır və qısa olaraq belə təsbit olunur: “Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasının pozulmasına görə, xəbərdarlıq edilir və ya 7 manatdan 13 manatadək miqdarda cərimə edilir”. Azərbaycan Prezidenti tərəfindən təqdim olunan yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunduğu halda mayın 1-dən qüvvəyə minəcək.

Musavat.com

İcazəsiz aksiyalarla bağlı cəzalar sərtləşdirildi - cərimələr artırıldı

  • 10-12-2015, 08:27
  • 820


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. Təhsil Naziri Ceyhun Bayramova MÜRACİƏT…
  5. 30 iyunda gözlənilən hava şəraiti
  6. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  7. Polis əməliyyat keçirdi, saxlanılanlar var –DİN
  8. Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib
  9. Deputatın mülkləri - siyahı
  10. Siyəzəndə quş ətinin çəkisini su vuraraq artıran müəssisə aşkarlanıb - VİDEO
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI