Manilada 36 nəfərin ölümü ilə nəticələnən hücumun videosu yayımlanıb

Manilada 36 nəfərin ölümü ilə nəticələnən hücumun videosu yayımlanıb
Filippin paytaxtı Manilada silahlı şəxsin kazinoya hücumunun videosu yayımlanıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, “Associated Press” agentliyinin dərc etdiyi videoda hücum edən şəxsin gecə saatlarında taksidən düşərək kazinoya daxil olduğu əks olunub. Az sonra qara maska və zirehli gödəkcə geyinmiş həmin şəxs çantadan tüfəng çıxararaq atəş açmağa başlayıb.

Silahlının kazinoda masalara və oyun avtomatlarına od vurduğu səhnəsi də videoda əks olunub.

Polis həmin şəxsin terrorçularla əlaqəsinin olmadığını bildirib. Belə ki, cinayətkarın atəşi tavana açdığı bəlli olub. Həmçinin onun kazinodakı insanlara atəş açmadığı da məlum olub.

Hücum baş verən an binada 12 min nəfər olub, onların hamısı hadisə yerindən xəsarətsiz təxliyə edilib.

Xatırladaq ki, “Resorts World Manila” otel kompleksində aşkarlanan meyitlərin sayı 36 nəfərə çatıb. Onların yanğın zamanı tüstüdən boğulduğu müəyyənləşdirilib.

Manilada 36 nəfərin ölümü ilə nəticələnən hücumun videosu yayımlanıb

  • 4-06-2017, 12:39
  • 370


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə; "İranla bağlanan o saziş təkcə siyasi deyil, həm də iqtisadi cəhətdən də nə qədər ziyanımızadır,.."
  2. “Məməmmədli” kəndinin probelmləri Türkiyənin televiziyasında yayımlanıb
  3. SAAKAŞVİLİ RUSİYA PREZİDENTİ HAQDA SENSASİON AÇIQLAMALAR VERDİ:"Sarkozi qorxmuş vəziyyətdə danışdı ki, Putin zombiləşib, o, çox təhlükəli adamdır..." - VİDEO
  4. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  5. Azərbaycanda əmək müqaviləsinin forması dəyişdirilir
  6. Azərbaycandan milyonlarla pulu çıxaran şəxslər kimlərdir? — DTX əməliyyatının ŞOK DETALLARI
  7. SABİQ NAZİRİN ŞİRKƏTİ 10 MİLYONLUQ TENDERİN QALİBİ OLUB - Son 9 ay ərzində ikinci dəfə
  8. "Ölkədə durum o qədər ciddiləşməkdədir ki, hər hansı kiçik bir hadisədən belə hər an böyük bir proses baş verə bilər" - Hürrü Əliyev
  9. Deputat karantin rejiminin qaydalarını pozub - FOTO
  10. Azərbaycanda daha bir vəzifəli şəxs cinayət başında yaxalandı, həbs edildi - RƏSMİ
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI