Rasim Əliyevin qətli ilə bağlı istintaq yekunlaşdı

Rasim Əliyevin qətli ilə bağlı istintaq yekunlaşdı ANN.TV-nin reportyoru, jurnalist Rasim Əliyevin ölüm faktı üzrə qaldırılan cinayət işinin istintaqı yekunlaşıb. Bu haqda jurnalistin işiilə bağlı yaradılan ictimai qrupu zərərçəkənlərin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayeva istinadan məlumat yayıb.

Mərhum Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və bu il avqustun 9-da orada vəfat edib. Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Əsabəli Mustafayev mərhumun valideynləri ilə birgə dünən Bakı Şəhər Prokurorluğunda olduqlarını deyib: "Bizim iştirakımızla istintaq işinin yekunlaşdığı elan olundu. Daha sonra bu barədə də protokol tərtib edildi”.

Vəkil qeyd edib ki, bundan sonra iş materialları ilə tanış olma mərhələsi başlayacaq: "Qanunvericiliyə görə, iş materialları ilə ən əvvəl təqsirləndirilən şəxslər və onların vəkilləri tanış olmalıdırlar. Sonra isə növbə bizə çatacaq.

Yəqin ki, gələn Jurnalist Rasim Məmmədəli oğlu Əliyev 1984-cü il avqustun 16-da Bakıda anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasındı bitirib, ali təhsilli mühəndis olub.

Rasim Əliyev 2007-ci ildən Obyektiv TV-nin əməkdaşı, 2015-ci ildən isə ANNTV.az -da video qrupun rəhbəri vəzifəsində çalışıb. 2014-cü ilin sonlarından Reportyorların Azadlıq və Təhlükəsizlik İnsititunun (RATİ) sədri vəzifəsinə təyin edilib.
həftənin axırında iş materialları bizə təqdim edilər”.

Vəkilin sözlərinə görə, zərərçəkən tərəfin istintaq materialları ilə sonda tanış olmasının müsbət tərəfi var: "Biz prosesi axıra qədər izləyib, sonda bütün hallar barəsində öz fikirlərimizi, iradlarımızı göstərə, eyni zamanda cavabdeh tərəfin istintaq qrupuna hansı vəsatət təqdim etdiklərini öyrənə və buna qarşı da hazırlıqlı ola bilərik”.

İş materialları ilə tanış olduqdan sonra yeni vəsatətlər qaldıracağını qdeyən vəkil dekabrın 7-də istintaqa yeni vəsatətlər təqdim etdiklərini də bildirib: "Bu vəsatət Rasim Əliyevə tibbi yardım göstərən həkimlərlə valideynlərin üzləşdirilməsinə aiddir. Hesab edirik ki, həkimlərin mətbuata verdiyi açıqlamalarla faktiki hallar (yəni Rasimin özünün valideynlərinə dedikləri) arasında fərqlər var. Dünən bu vəsatətin təmin olunmadığı deyildi. Əsas olaraq o göstərildi ki, bu vəsatətdə işin nəticəsinə təsir edə biləcək əsas yoxdur. Onu da deyim ki, biz həkimlərin istintaqa hansı ifadələr verdiyini də bilmirik”.

Əsabəli Mustafayev cinayət işinin məhkəməyə yanvarın sonu, fevral ayının əvvəllərində göndəriləcəyini ehtimal edir.

Musavat.com

Rasim Əliyevin qətli ilə bağlı istintaq yekunlaşdı

  • 10-12-2015, 22:48
  • 868


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  5. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
  6. İsmayıllıda reyd keçirilib - FOTOLAR
  7. DTX XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİR - Rəsmi açıqlama
  8. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  9. Şənbə günü üçün hava proqnozu açıqlandı
  10. Naxçıvanda koronavirusdan ölənlərin sayı açıqlandı
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI