Rusiya: Müxalifət lideri Navalnı insanları korrupsiyaya qarşı etiraza çağırıb

Rusiya: Müxalifət lideri Navalnı insanları korrupsiyaya qarşı etiraza çağırıb
Aleksey Navalnı planlaşdırdığı etiraz aksiyasının yerini Moskvanın mərkəzinə dəyişib.
Rusiyanın müxalifət lideri Aleksey Navalnının tərəfdarları bazar ertəsi günü Moskvada korrupsiyaya qarşı icazəsiz etiraz aksiyası keçirməyi planlaşdırırlar.
Cənab Navalnıya əvvəlcə başqa yerdə aksiya keçirməyə icazə verilib. Lakin o, hakimiyyətin etirazçıları "təhqir etmək üçün" təyin etdiyi yeri dəyişmək qərarına gəlib.
Baş prokurorluq polisin icazəsiz aksiyalara qarşı tədbirlər görəcəyini bildirib.
Artıq Rusiyanın şərqində bir neçə kiçik etiraz aksiyalarının keçirildiyi deyilir.
Cənab Navalnının bundan əvvəl - mart ayında təşkil etdiyi etiraz aksiyaları yüzlərlə insanın həbsilə nəticələnib.
Bu etirazlar 2012-ci ildən indiyədək keçirilən ən iri aksiyalar idi və yeniyetmələr daxil olmaqla minlərlə iştirakçını cəlb etmişdi. Etirazların səbəbi cənab Navalnının Baş nazir Dmitri Medvedev barədə dərc etdiyi korrupsiya iddiaları idi.
Grey line
Qarşıdurma səhnəsi hazırdır: Sarah Rainsford, BBC News, Moskva
Moskvanın mərkəzində izdihamların yaranmasına çağırış edərək cənab Navalnı qarşıdurma səhnəsi yaradıb.
Baş prokurorluq bildirib ki, Kremlin yaxınlığında yerləşən Tverskaya küçəsində etiraz üçün icazə verilməyib. Gecənin yarısından bir qədər sonra dərc edilən bəyanatda Baş prokurorluq polisin qanunu pozanlara qarşı tədbirlər görəcəyini deyib.Rusiya: Müxalifət lideri Navalnı insanları korrupsiyaya qarşı etiraza çağırıb
Cənab Navalnı may ayında Moskvada keçirilən etiraz aksiyasında iştirak edib.
Bu isə mart ayında baş vermiş qarşıdurmanın təkrarlanması ilə nəticələnə bilər. Martda bir çox yeniyetmə daxil olmaqla minlərlə insanın korrupsiyaya qarşı keçirdiyi dinc etiraz aksiyalarında yüzlərlə insan həbs edilmişdi.
Cənab Navalnı bildirib ki, heç bir şirkət ona icazə verilən yerdə planlaşdırdığı aksiya üçün səhnə, reproduktor və ya ekran satmaq istəməyib. O, bu səbəbdən icazəsiz etiraz aksiyasını keçirməyə məcbur olduğunu deyib.
Müxalifət lideri tərəfdarlarını mərkəzi Moskvada yürüşə çağırıb. Bu gün isə Rusiya günüdür və Tverskaya küçəsində eyni zamanda bir neçə rəsmi tədbirlər planlaşdırırlır.
Grey line
Bazar ertəsi gününə planlaşdırılan etirazlar korrupsiyaya qarşı qəzəbin nə dərəcəyə çatdığının göstəricisi olacaq. Bu həmçinin cənab Navalnının gələn ilin prezident seçkilərində Vladimir Putinə qarşı namizədliyinin əldə edə biləcəyi ictimai dəstəyin nümunəsi ola bilər.
O, etiraz aksiyalarına bu gün dərc etdiyi çağırışında deyib : "Mən dəyişiklik istəyirəm. Mən müasir demokratik dövlətdə yaşamaq və vergilərimizin yaxtalara, saraylara və üzüm bağlarına yox, yollara, məktəblərə və xəstəxanalara xərclənməsini istəyirəm."
Keçmişdə vəkil olmuş cənab Navalnın üzünə aprel ayında yaşıl mayə töküldükdən sonra onun bir gözü kor olub. O, bundan əvvəl etiraz aksiyaları təşkil etdiyinə görə həbs edilib./BBC/

Xeberdar.net

Rusiya: Müxalifət lideri Navalnı insanları korrupsiyaya qarşı etiraza çağırıb

  • 12-06-2017, 13:38
  • 263


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Əli Əsədov Novruz Məmmədovun imzaladığı qərarı dəyişdirib
  2. Ötən ay nikaha daxil olmaq istəyən 19 şəxsdə isə QİÇS aşkarlanıb
  3. Deputat satışdakı təhlükəli şprislərə görə Səhiyyə Nazirliyini İTTİHAM ETDİ
  4. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  5. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  6. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  7. Sabah hava necə olacaq –Proqnoz
  8. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  9. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  10. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI