Aleksey Navalnıy saxlanıldı

Aleksey Navalnıy saxlanıldı
Rusiyada korrupsiya əleyhinə aksiyaların təşkilatçısı Aleksey Navalnıy polis tərəfindən saxlanılıb.

APA-nın "tvrain.ru”ya istinadən verdiyi məlumata, bu barədə onun həyat yoldaşı Yuliya Navalnaya "Twitter"də yazıb. "Aleksey evin qarşısında saxlanılıb. O, planların dəyişmədiyini çatdırmağı xahiş etdi. Aksiya Tverskaya küçəsində olacaq”, - deyə o, qeyd edib.

A. Navalnının rəhbəri olduğu Korrupsiya ilə Mübarizə Fondunun ofisinə elektrik enerjisinin verilişi dayandırılıb.

Qeyd edək ki, bu gün Rusiyanın paytaxtı Moskvada korrupsiyaya qarşı etiraz məqsədilə "xalq gəzintisi" keçirilir. Etiraz aksiyasının təşkilatçısı, müxalifətçi Aleksey Navalnı son anda tədbirin keçirildiyi məkanın akademik Saxarov prospektindən Tverskaya küçəsinə dəyişdirildiyini açıqlayıb. Tverskaya küçəsindəki etiraz aksiyası isə şəhər hakimiyyət orqanları ilə razılaşdırılmayıb.

Xeberdar.net

Aleksey Navalnıy saxlanıldı

  • 12-06-2017, 15:36
  • 328


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Əli Əsədov Novruz Məmmədovun imzaladığı qərarı dəyişdirib
  2. Ötən ay nikaha daxil olmaq istəyən 19 şəxsdə isə QİÇS aşkarlanıb
  3. Deputat satışdakı təhlükəli şprislərə görə Səhiyyə Nazirliyini İTTİHAM ETDİ
  4. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  5. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  6. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  7. Sabah hava necə olacaq –Proqnoz
  8. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  9. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  10. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI