Jirinovski Qarabağa Rusiya bayrağı sancmaq istəyir - VİDEO

Jirinovski Qarabağa Rusiya bayrağı sancmaq istəyir - VİDEO
Qarabağ Erməni bayrağı altında, yaxud Azərbaycan bayrağı altında olmayınca onlar barışmayacaqlar. Deməli Rusiya bayrağı olacaq.
Xeberdar.net-in verdiyi məlumata görə, Rusiyanın TV Sentr kanalına qonaq olan RF Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski belə deyib.

«Biz onları barışdırmalıyıq. Qarabağ Erməni bayrağı altında, yaxud Azərbaycan bayrağı altında olmayınca onlar barışmayacaqlar. Deməli Rusiya bayrağı olacaq. Razılığa gələ bilmədiyiniz yerdə belə olacaq. O cümlədən, Dnestryanı və bütün Ukraynada», - deyə o, əlini masaya çırparaq deyib.

Aparıcının «Bəs Novorusiya?» sualını Jirinovski səhv anlayaraq deyir: «Belorusiya isə sonra. Hər şeyin öz vaxtı var».


Yeri gəlmişkən Jirinovski verilişdə 20 il əvvəl milyarder, amerikalı maliyyəçi Corc Sorosu liftdə boğmaq istədiyini etiraf edib: «O zaman bizdə sözdə demokratik bir media var idi, onlar da Sorosdan yaxşı insan kimi bəhs edirdilər. Sorosun fəaliyyətləri isə çox böyük zərər vurdu. O, pulları payladı, nəticədə müharibələri körükləndi. Narıncı inqilab onun əsəridir. Bunlar vətəndaş müharibəsinə yol açdı»

Jirinovski açıqlamalarına belə davam edib: «20 il əvvəl Soros Strasburqda mənim də içində olduğum liftə mindi. Liftdə sadəcə ikimiz idik. Onu boğmak kimi bir istək doğdu ürəyimdə. Mənə qorxulu gözləri ilə baxdı. 20 il əvvəl ona yazığım gəldi.İndi düşünürəm ki, nahat etməmişəm». Qeyd edək ki, bu çıxışı bir neçə il əvvəl də etiraf etmişdi.

Jirinovski Qarabağa Rusiya bayrağı sancmaq istəyir - VİDEO

  • 12-06-2017, 17:22
  • 612


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə; "İranla bağlanan o saziş təkcə siyasi deyil, həm də iqtisadi cəhətdən də nə qədər ziyanımızadır,.."
  2. “Məməmmədli” kəndinin probelmləri Türkiyənin televiziyasında yayımlanıb
  3. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq – FOTO
  4. SAAKAŞVİLİ RUSİYA PREZİDENTİ HAQDA SENSASİON AÇIQLAMALAR VERDİ:"Sarkozi qorxmuş vəziyyətdə danışdı ki, Putin zombiləşib, o, çox təhlükəli adamdır..." - VİDEO
  5. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  6. Azərbaycanda əmək müqaviləsinin forması dəyişdirilir
  7. Azərbaycandan milyonlarla pulu çıxaran şəxslər kimlərdir? — DTX əməliyyatının ŞOK DETALLARI
  8. SABİQ NAZİRİN ŞİRKƏTİ 10 MİLYONLUQ TENDERİN QALİBİ OLUB - Son 9 ay ərzində ikinci dəfə
  9. "Ölkədə durum o qədər ciddiləşməkdədir ki, hər hansı kiçik bir hadisədən belə hər an böyük bir proses baş verə bilər" - Hürrü Əliyev
  10. Deputat karantin rejiminin qaydalarını pozub - FOTO
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI