Polis külli miqdarda narkotik müsadirə etdi- FOTO

Polis külli miqdarda narkotik müsadirə etdi- FOTO
Respublikanın daxili işlər orqanlarının əməkdaşları külli miqdarda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxsin ifşa edilməsi ilə nəticələnən növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Xəbərdar.net DİN-ə istinadən məlumat verir ki, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Cəlilabad rayon sakini Cəlaləddin Ağayevin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Cəlilabad rayonu ərazisində saxlanılıb və onun əlindəki bağlamaya baxış zamanı 1 kiloqram 300 qram heroin, həmçinin 2 kiloqram 10 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitələri əvvəldən tanıdığı İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Polis külli miqdarda narkotik müsadirə etdi- FOTO

  • 13-06-2017, 14:22
  • 412


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Hadi Rəcəblinin daha 5 şirkəti üzə çıxdı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI