İŞİD terrorçuları İraqda xalq qüvvələrinin mühasirəsinə düşüblər

İŞİD terrorçuları İraqda xalq qüvvələrinin mühasirəsinə düşüblər


İraqın könüllü xalq qüvvələri ölkənin şimalında, Səlahəddin vilayətində İŞİD terrorçularını geniş bir ərazidə mühasirəyə alıblar.


Beynəlxalq Səhər Kanalının Süməriyyə informasiya agentliyinə istinadla bildirir ki, İraqın xalq qüvvələrinin müharibə təbliğatı bölməsi dünən bir bəyanat yayaraq, bildirib ki, İraqın xalq qüvvələri Səlahəddin vilayətində 40 kilometrlik bir ərazidə İŞİD terrorçularını mühasirəyə alıblar. İŞİD terrorçuları Səlahəddin vilayətinin terrorçulardan azad edilməsi üzrə 2-ci geniş əməliyyat zamanı mühasirəyə düşüblər. İraqın xalq qüvvələrinin müharibə təbliğatı bölməsinin bəyanatında həmçinin deyyilir: İŞİD terrorçularının Dəcil məntəqəsindəki mühasirəsi davam edir və mühasirə nəticəsində terrorçuların müdafiə strukturları artıq iflas etməkdədir. İraqda xalq qüvvələrinin müharibə təbliğatı bölməsi Səlahəddin vilayətinin terrorçulardan təmizlənməsi əməliyyatının davam etdiyini də vurğulayıb. İraqın Neynəva vilayətindən daxil olan məlumata görə, Mosulun azad edilməsi əməliyyatının davamında 227 İŞİD terrorçusu məhv edilib. Digər tərəfdən İraqın Əl-Ənbar vilayətinin azad edilməsi əməliyyatına koomandanlıq edən Qasım Məhəmmədi deyib: Ordu qüvvələri, xalq qüvvələri və qəbilə döyüşçüləri "Ləbbeyk Ya İraq!" şüarı altında başladılmış əməliyyat çərçivəsində əl-Kilu 18 məntəqəsinin cənub istiqamətinə doğru irəliləyərək, Rəmadi şəhərinin qərb girəcəyinə yaxınlaşıblar. Qasım Məhəmmədi əlavə edib: İraqlı qüvvələr Rəmadi şəhərini qərb və cənub istiqamətlərindən mühasirəyə alaraq, İŞİD terrorçularının bu məntəqədən çıxış yollarını bağlayıblar. Əl-Ənbar vilayət şurası da cümə axşamı bildirib ki, əl-Ənbar vilayətinin terrorçulardan təmizlənməsi əməliyyatı geniş bir əməliyyat olacaq və əməliyyatın məkanı və zamanı ilə bağlı qərarlar yalnız əməliyyat komandanları tərəfindən qəbul olunacaq. Çərşənbə axşamı günündən əl-Ənbar vilayətinin azad edilməsi üçün ordu, könüllü xalq qüvvələri və qəbilə döyüşçülərinin iştirakı ilə geniş bir əməliyyat başlanıb.

İŞİD terrorçuları İraqda xalq qüvvələrinin mühasirəsinə düşüblər

  • 29-05-2015, 16:25
  • 926


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  3. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  4. Güclü külək rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub
  5. İran İraqın siyasi səhnəsindən geri çəkilir –QAFQAZ ÖLKƏLƏRİNİN BANKLARI YENİ STRATEGİYADA HANSI VƏZİFƏNİ İCRA EDƏCƏK?
  6. İcra başçısından nümunəvi addım - Hədiyyəsini vətəndaşın evinə apardı - FOTOLAR
  7. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  8. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  9. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  10. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI