Bakıda sevgilisi tərəfindən öldürülən qadınla bağlı - Yeni faktlar

Bakıda sevgilisi tərəfindən öldürülən qadınla bağlı - Yeni faktlar
Bir neçə gün əvvəl Bakı şəhər Xətai rayonu NZS qəsəbəsində sevgilisi tərəfindən öldürülən qadınla bağlı bəzi məqamlar aydınlaşıb.

Xeberdar.net Lent.az-a istinadən xəbər verir ki, qətlindən 12 gün sonra şəxsiyyəti müəyyənləşdirilən 34 yaşlı İlahə Şahbazovanın doğmaları ilə əlaqəsi xeyli vaxt imiş ki, kəsilibmiş. 15 il əvvəl ailə quran və 1 oğlu olandan sonra uşağı saxlamaqdan imtina edən İ.Şahbazova atasının vəfatından sonra evi tərk edib. Onun uşağına isə keçmiş ərinin qardaşı sahib çıxıb və azyaşlını himayəyə götürüb. Anasının Sumqayıtdakı evini tərk edən gənc qadın illər ərzində Bakının müxtəlif yerlərində kirayə yaşayıb və qeyri-sağlam həyat tərzi sürüb. Tez-tez şəhərin mərkəzindəki gecə klublarına gedən və bəzən burada gecələyən İ.Şahbazova bir müddət sonra normal həyata qayıtmaq istəyib. Buna görə də o, elə barlardan birində tanış olduğu 42 yaşlı Vorobyov Sergey Nikaloyeviçlə birgə yaşamağa başlayıb və 1 ay ərzində evdən kənara demək olar ki, çıxmayıb. Lakin qısqanc xarakterli qadın qeyri-rəsmi həyat yoldaşı ilə tez-tez münaqişə yaradırmış. Belə münaqişələrdən biri mayın 31-də, axşam saatlarında yaşanıb. İ.Şahbazova sərxoş vəziyyətdə Sergeyi bıçaqla vurub. Kəsici aləti onun əlindən almağı bacaran S.Vorobyov da hadisə vaxtı sərxoş vəziyyətdə olub və bir bıçaq zərbəsi ilə qadının həyatına son qoyub.

Bir neçə gün ərzində cinayəti gizlətməyə çalışan S.Vorobyov nəhayət iyunun 3-də törətdiyi əməllə bağlı məlumat verib.

Bildirilir ki, sevgilisi tərəfindən öldürülən qadının şəxsiyyətini müəyyənləşdirmək üçün 12 gün lazım olub. Buna isə onun valideynlərinin Sumqayıtda yaşaması ilə bağlı Sergeyə dediyi söz kömək edib. Əməliyyatçılar adı, soyadı və ailə üzvləri məlum olmayan qadının izini Sumqayıtda axtarıblar və nəhayət, onun anası tapılıb.

xeberdar.net

Bakıda sevgilisi tərəfindən öldürülən qadınla bağlı - Yeni faktlar

  • 13-06-2017, 20:25
  • 364


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Hadi Rəcəblinin daha 5 şirkəti üzə çıxdı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI