Cahangir Hacıyev Eldar Mahmudovun əleyhinə ifadə verib?

Cahangir Hacıyev Eldar Mahmudovun əleyhinə ifadə verib? “Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əleyhinə ifadə verməsi barəsində yayılan məlumatların heç bir əsası yoxdur”.

Bunu APA-ya açıqlamasında C. Hacıyevin vəkili Aqil Layıcov deyib. O bildirib ki, C. Hacıyevin barəsində olan cinayət işi yalnız kreditlərlə bağlıdır: “Cinayət işi Beynəlxalq Bank və qaytarılmayan kreditlərlə bağlıdır. Cinayət işi üzrə istintaq hərəkətləri çox ləng aparılır və onun Eldar Mahmudova qarşı ifadə verməsi yalandır. Belə bir ifadə olmayıb”.

Qeyd edək ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir.

Cahangir Hacıyev Eldar Mahmudovun əleyhinə ifadə verib?

  • 11-12-2015, 13:23
  • 906


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Hadi Rəcəblinin daha 5 şirkəti üzə çıxdı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI