Sabah Cahangir Hacıyevin həbsdən buraxılması məsələsinə baxılacaq

Sabah Cahangir Hacıyevin həbsdən buraxılması məsələsinə baxılacaq Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin vəsatətinə baxılacaq.

Bu barədə APA-ya məlumat verən C. Hacıyevin vəkili Aqil Layıcov bildirib ki, C. Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlə Nərimanov rayon Məhkəməsinə müraciət ediblər.

Vəkil bildirib ki, şikayətə dekabrın 12-də baxılacaq: “Biz hesab edirik ki, istintaqa köməklik məqsədi ilə Cahangir Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməlidir”.

Qeyd edək ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə verilən apellyasiya şikayəti isə təmin edilməyib.

C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir.
Xeberdar.net

Sabah Cahangir Hacıyevin həbsdən buraxılması məsələsinə baxılacaq

  • 11-12-2015, 16:54
  • 798


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Qoruyucu maskanı kimlər və necə istifadə etməlidirlər? - QAYDALAR
  6. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  7. “5-ci kolon” təhlükəsi varmı və siyasilər nə düşünür?
  8. Güclü yağışlar, qar geri qayıdır-XƏBƏRDARLIQ
  9. DAHA 61 NƏFƏRDƏ YOLUXMA QEYDƏ ALINIB – Koronavirus epidemiyası sürətlə yayılır
  10. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI