Vətəndaş bankdakı pulunu geri ala bilmir - VİDEO

Vətəndaş bankdakı pulunu geri ala bilmir - VİDEO
Pulunu banka yatıran vətəndaş indi onu geri ala bilmir. Gəncə şəhər sakini Elmira Məmmədova belə iddia edir.
Xeberdar.net "Xəzər xəbər"ə istinadən xəbər verir ki, onun sözlərinə görə, həyat yoldaşı Gəncədə yerləşən banklardan birinə ayrı-ayrı vaxtlarda ümumilikdə 108 min manat və 179 min dollar yatırıb. Pulu geri almaq istəyəndə isə bank pulu qaytarmayıb. İndi həmin bank bağlanıb.

Həyat yoldaşının banka 108 min manat və 179 min dollar depozit qoyduğunu iddia edən vətəndaş indi pullarını geri ala bilmədiyini deyir. Elmira Məmmədovanın sözlərinə görə, onun həyat yoldaşı Rəşid Hüseynov Rusiyada yaşayıb. Orda qazandığı pulları Azərbaycana gətirərək United Kredit Bankın Gəncə filialına qoyub.

Daha sonra isə Rəşid Hüseynov işləri ilə əlaqədər Rusiyaya qayıtmalı olub. Bu əsnada isə bank bağlanıb.

Daha sonra isə Rəşid Hüseynov pulunu tələb etmək üçün bankı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. Ancaq çox keçməyib ki, Rəşid Hüseynov 2015-ci ildə Rusiyada qətlə yetirilib. Mərhumun vəfat etməsinə baxmayaraq, Korrupsiya qarşı Mübarizə Baş İdarəsi işi araşdırıb. Ümumilikdə 108 min manat pulun mənimsənildiyi müəyyən edilib.

Elmira Məmmədova bu məbləğlə razılaşmayıb və iş məhkəməyə göndərilib. Vətəndaşın dediyinə görə, proses 7 ay davam edib və sonda məhkəmə iddianı baxılmamış saxlayıb.

Elmira Məmmədovanın sözlərinə görə, məsələ ilə bağlı həmçinin Əmanətlərin Sığortalanması Fonduna da müraciət edib. Ancaq fonddan Rəşid Hüseynovun adına heç bir hesabın olmadığı bildirilib.

Əmanətlərin Sığortalanması Fondu ilə biz də əlaqə saxladıq. Fonddan bildirildi ki, quruma hələ ki, belə bir müraciət daxil olmayıb. Əgər müraciət olarsa, həmin şəxsin hesabına baxıla bilər.

Xeberdar.net

Vətəndaş bankdakı pulunu geri ala bilmir - VİDEO

  • 21-06-2017, 00:06
  • 286


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. Təhsil Naziri Ceyhun Bayramova MÜRACİƏT…
  5. 30 iyunda gözlənilən hava şəraiti
  6. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  7. Polis əməliyyat keçirdi, saxlanılanlar var –DİN
  8. Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib
  9. Deputatın mülkləri - siyahı
  10. Siyəzəndə quş ətinin çəkisini su vuraraq artıran müəssisə aşkarlanıb - VİDEO
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI