19 yaşlı qadın doğuş zamanı öldü

19 yaşlı qadın doğuş zamanı öldü
Bu gün Bakıda Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında ana ölümü baş verib.

Səhiyyə Naazirliyinin baş mama-ginekoloqu, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova Trend-ə bildirib ki, 19 yaşlı Nemətova Aysel bu gün səhər saatlarında dünyasını dəyişib. Bu, onun ilk hamilələyi olub.

S.Məmmədova qeyd edib ki, A.Nemətovanın dünyaya gətirdiyi oğlan uşağı tam sağlamdır:

"Uşaq 3 kq 700 qram çəki ilə dünyaya gəlib. Uşaq salamatdır. Ananın özündə isə ağır formalı preeklampsiya xəstəliyi ( hamilə qadınlarda rast gəlinən ağır ginekoloji xəstəlik) olub".

Baş mama-ginekoloq əlavə edib ki, qadın zahılıq dövrünün 5-ci sutkasında dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır:

"Bizə araşdırmanın nəticəsi təqdim edildikdən sonra lazımi təhlilləri aparacağıq və bundan sonra da rəy verə bilərik”.

S.Məmmədova qeyd edib ki, bu, 2017-ci il ərzində baş verən 11-ci ana ölümüdür.

Baş mama-ginekoloq builki ana ölümlərinin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə demək olar ki, eyni olduğunu da söyləyib.

Səhiyyə Nazirliyindən isə Trend-ə bildirilib ki, A.Nemətovanınn meyitinin ilkin müayinəsi keçirilib. Məlum olub ki, qanxama baş verdiyindən A.Nemətovanın uşaqlığı əməliyyatla götürülüb. A.Nemətova komada olub, daha sonra isə dünyasını dəyişib.

Xeberdar.net

19 yaşlı qadın doğuş zamanı öldü

  • 6-07-2017, 16:50
  • 334


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Universitetin sabiq müəllimi ADMİU-də baş verənlərlə bağlı Prezidentə müraciət etdi- ŞOK FAKTLAR
  2. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  3. "Qrunt suları torpaqları sıradan çıxarır, Meliorasiya heç bir İŞ GÖRMÜR" - GİLEY
  4. “NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”
  5. Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...
  6. Paşinyan 3 saatlıq məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə...
  7. “Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq” – Əli Əhmədov
  8. Председатель “Конгресса Азербайджанцев" Муртазе Гюлмамедов встретиться с Министром национальной политики РСО-Алания с Цуциевым Аслан Аркадьевичом
  9. Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi
  10. Bakıda 8 nəfər supermarketin mühafizəçisini döyüb
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI