Almaniya “Panama sənədləri”ni 5 milyon avroya satın aldı

Almaniya “Panama sənədləri”ni 5 milyon avroya satın aldı
Almaniya hüquq-mühafizə orqanları (Cinayət işləri üzrə federal orqan) çirkli pulların yuyulması və vergi maxinasiyalarına qarşı mübarizə çərçivəsində “Panama sənədləri”ndəki bilgiləri 5 milyon avroya satın alıb.

Dpa xəbər verir ki, bu yolla alman polisi vergi cinayətlərini araşdırmağa çalışacaq.

“Əldə olunan bilgilər öyrəniləcək və ekspertlərin iştirakı ilə yoxlanılacaq. Ortada milyonlarla fayl var və bu iş bir neçə ay vaxt aparacaq. Vergi cinayətlərinə qarşı mübarizə aparmaq üçün həm imkanımız, həm də siyasi iradəmiz var”, – deyə alman nazir Tomas Şefer bildirib.

“Panama sənədləri” Beynəlxalq Təhqiqat Jurnalistikası Konsorsiumunun apardığı araşdırma nəticəsində 2016-cı ildə üzə çıxıb.

Dünyanın ən məxfi şirkətlərindən olan Panama Mossack Fonseca hüquq firmasından sızan sənədlərdə dövlət başçıları, siyasilər və məşhur idmançıların offşorlarla əlaqəsindən, həmçinin çirkli pulların yuyulmasından, sanksiyaların yarılmasından və vergi yayınmalarından bəhs olunur./azadliq.org/

Almaniya “Panama sənədləri”ni 5 milyon avroya satın aldı

  • 6-07-2017, 23:21
  • 184


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI