Aktyorlar deputata qarşı: “Xalq onu Milli Məclisdən rədd etməlidir”

Aktyorlar deputata qarşı: “Xalq onu Milli Məclisdən rədd etməlidir”
Millət vəkili Araz Əlizadənin Rusiya-Türkiyə gərginliyinin yaranmasında rəsmi Ankaranı ittiham etməsi təkcə siyasilər arasında birmənalı qarşılanmayıb. Deputatın Türkiyənin bu məsələdə haqsız olduğu ilə bağlı fikirlər səsləndirməsi sənət adamlarını da hiddətləndirib.

AzNews.az xəbər verir ki, ona etiraz edənlərdən biri də Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli Nurdur. Ə.Nur sosial şəbəkə vasitəsilə Türkiyənin Azərbaycan üçün etdiklərini gözardı edənləri vətən xaini adlandırıb: “Əgər Türkiyə - 1915-ci ildə (Baş nazir Tələt Paşa), 1918-ci ildə (Hərbi nazir Ənzər Paşa),1920-ci ildə (Sayın Atatürk), - olmasaydı, Cənubi Qafqazda Azərbaycan adlı məmləkət olmayacaqdı. Bunu bilməyənlər şərəfsiz, satqın və milli xainlərdir”

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Məlik də həmkarının dediklərinə dəstək verib: “O nankora bütün xalq öz münasibətini bildirməlidir. Xalq onu Milli Məclisdən rədd etməlidir. Yoxsa bu nankor çox oyunlardan çıxacaq”.

Qeyd edək ki, noyabrın 24-də Türkiyə Suriya ilə sərhəddə Rusiyaya məxsus “Su-24” hərbi təyyarəni vurub. Türkiyə tərəfi təyyarənin hava məkanını pozduğu üçün vurulduğunu açıqlayıb.
Xeberdar.net

Aktyorlar deputata qarşı: “Xalq onu Milli Məclisdən rədd etməlidir”

  • 15-12-2015, 13:33
  • 825


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  3. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  4. Güclü külək rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub
  5. İran İraqın siyasi səhnəsindən geri çəkilir –QAFQAZ ÖLKƏLƏRİNİN BANKLARI YENİ STRATEGİYADA HANSI VƏZİFƏNİ İCRA EDƏCƏK?
  6. İcra başçısından nümunəvi addım - Hədiyyəsini vətəndaşın evinə apardı - FOTOLAR
  7. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  8. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  9. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  10. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI