Nazirlikdən xəbərdarlıq

Nazirlikdən xəbərdarlıq
Paytaxtın Nəsimi rayonu ərazisində "MİD-17" Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən qazıntı işlərinin aparılması zamanı müxtəlif cinsli (sərv və zeytun) 5 ədəd ağacın məhv edilməsi nəticəsində təbiətə 5100 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

İlkin araşdırmalarla həmin torpaq sahəsinin istifadəyə ayrılmasına dair verilmiş ekoloji ekspertiza rəyində layihələndirmənin yalnız yaşıllıq altında olmayan boş sahədə aparılması tapşırılsa da, MTK-nın vəzifəli şəxsləri tərəfindən meşə qanunvericiliyi üzrə normativ aktların tələbləri kobud surətdə pozularaq xeyli miqdarda ziyan vurmaqla ağacların qanunsuz kəsilməsi hallarına yol verilməsi müəyyən edilmişdir.

Həmin faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 22 iyul 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə tapşırılmışdır.

Hazırda qanunsuz ağac kəsmə faktları ilə bağlı başlanmış cinayət işləri üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin bu cür hallarla qarşılaşan vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Baş Prokurorluğa müraciət etmələri tövsiyə edilir.

Bütün fiziki və hüquqi şəxslərə qanunsuz ağac kəsilməsi hallarına yol verməmələri tövsiyə edilir və bu kimi hallara yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuş qaydada ən ciddi cəza tədbirləri görüləcəkdir.

Nazirlikdən xəbərdarlıq

  • 22-07-2017, 14:08
  • 400


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “İcra başçısı 200 nəfərin kartını mənimsəyib” – Məsələni araşdıran jurnalistə təzyiqlər olunur – VİDEO
  2. Cümlə qurmaq dövlət qurmaq qədər çətindir...
  3. Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
  4. Bu gün Reportyor.info xəbər portalının 3 yaşı tamam olur
  5. Rusiya və BƏƏ səsdən sürətli sərnişin təyyarəsi yaradır - Rusiyalı nazir
  6. Türkiyəyə daxil olmağa çalışan 4 terrorçu saxlanılıb
  7. “Gürcüstan Azərbaycanla daha çox dialoq aparmalıdır” - İrakli Qaribaşvili
  8. Taleh Qaraşovun “ofşor şirkəti” – “Cənub-2000”lə icra başçısını bağlayan nədir?
  9. PA-ya gələn qazi deputatdan şikayət etdi: “Ülviyyə Ağayeva dərmanları almadı…” – Foto
  10. Qaradağ yolunda qəza baş verib - FOTOLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
MARAQLI