Diplomların Azərbaycanda tanınma qaydaları

Diplomların Azərbaycanda tanınma qaydaları
Son zamanlar ən aktual suallardan və mövzulardan biri də xaricdə təhsil alan tələbələrin diplomlarının Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmasıdır. Uzun illər əziyyət çəkib xaricdə təhsil alanların çoxu universiteti bitirdikdən sonra diplomunun Azərbaycanda tanınmasında problemlərlə üzləşirlər. Bu mövzu ilə bağlı çox sayda suallar verilir və hazırda da aktualdır.

Xaricdə təhsil alan tələbələrin diplomlarının ölkəmizdə tanınması aşağıdakı qanunlarla tənzimlənir:

1. Azərbaycan Respublikası Təhsil Haqqında Qanunun 27-ci Maddəsilə (Təhsil haqqında dövlət sənədi) tənzimlənir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il, 64 N-li Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nda yer alıb.

3. Azərbaycan Avropa təhsil almış tələbələrin diplomlarının tanınması ilə bağlı 21.12.1979-cu il tarixli BMT-nin Paris Konvensiyasına qoşulub.

4. Azərbaycan Asiyada təhsil almış tələbələrin diplomlarının tanınması ilə bağlı 16.12.1983 tarixli Asiya Sakit okean - Bankqok Konvensiyasına qoşulub. Sözügedən konvensiya regionlar üzrə ali təhsil sahəsində diplomların və elmi dərəcələrin qarışılıqlı tanınmasını təmin edir.

5. Azərbaycan YUNESKO-nun Avropa Şurası ilə birlikdə hazırladığı Avropa regionu üzrə ali təhsil sahəsində ixtisasların qarışılıqlı tanınması haqqında 11 aprel 1997-ci il tarixli Lissabon Konvensiyasına qoşulub.

6. Azərbaycan Respublikası 5 mart 2004-cü il tarixli qanunla 5 oktyabr 1961-ci il tarixli “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” Haqqa Konvensiyasına qoşulub. Bu konvensiyaya qoşulan dövlətlər arasında sənədlərin qarışılıqlı tanınması üçün mütləq “Apostil” olmalıdır. “Apostil” o zaman tələb olunmaya bilər ki, təhsil sənədinin alındığı və tanınması üçün təqdim olunduğu ölkələr arasında leqalizasiya tələbini aradan qaldırmaq və beynəlxalq hüquqi qarışılıqlı yardım üçün müqavilə imzalansın. “Haqqa Konvensiyasına qoşulmayan xarici ölkələrdə alınan ali təhsil haqqında sənəd və ona əlavə sənədi verən ölkənin Təhsil Nazirliyində müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycan Respublikasının sənədi verən ölkədəki səfirliyində (konsulluğunda) leqallaşdırmalıdır.

7. Ali Təhsilin bakalavr pilləsi ixtisasların (proqramlarının) siyahısının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il 8 N-li Qərarı, 24 aprel 2009-cu il 70 N-li Qərarı.

Yuxarıda qeyd etdiyimiz qaydalara əsasən, Təhsil Nazirliyi tərəfindən “Apostil” sənədi də tələb olunur. Bu, qanunidir. “Apostil” beynəlxalq hüquqi sənəddir və bir dövlət ərazisində verilmiş olan sənədin başqa dövlətlər ərazisində istifadə edilə bilməsi üçündür.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov Oxu.Az-a açıqlamasında bildirdi ki, əgər ali təhsil müəssisəsi fəaliyyət göstərməsi üçün bütün zəruri sənədlərə malikdirsə və verdiyi təhsil sənədi fəaliyyət göstərdiyi ölkə tərəfindən tanınırsa, Azərbaycan Respublikası da həmin təhsil müəssisəsini tanıyır. Əlavə olaraq qeyd etdi ki, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsinə (www.nostrifikasiya.edu.az) daxil olmaqla ENİC-NARİC bölməsindən ölkə ərazisində tanınan ali təhsil müəssisələrinin siyahısını əldə etmək mümkündür.

Hazırda xaricdə elə bir universitet yoxdur ki, Təhsil Nazirliyi tərəfindən oranın diplomu nostrifikasiyadan keçmədən birbaşa tanınsın. Təhsil Nazirliyinin akkreditasiya və nostrifikasiya idarəsi diplomun tanınmamasının əsas səbəbləri olaraq tələbənin təhsil aldığı müddətdə Azərbaycana giriş-çıxışı arasında uyğunsuzluğu və təhsil aldığı dili bilməməsini göstərir.

Son olaraq, xaricdə təhsil almaq istəyən abituriyentlərə məsləhətimiz budur; univeristet seçməmişdən qabaq diplomun tanınma qaydaları ilə Təhsil Nazirliyinin saytı, o cümlədən akkreditasiya və nostrifikasiya idarəsinə müraciət edərək geniş şəkildə tanış olun. Nəzərə alın ki, Təhsil Nazirliyinin xaricdə təhsil proqramına əlavə edilmiş universitetlərə üstünlük vermələri məsləhət görülür. Bundan başqa, universitetin reytinq cədvəlində ön sıralarda olması da üstünlük kimi qəbul edilir.

Diplomların Azərbaycanda tanınma qaydaları

  • 26-07-2017, 14:08
  • 414


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  2. DAHA BİR ŞİRVANLI MƏMUR HƏBSİN ASTANASINDA – Xanəli Əzizov süpürgəçi qadına əxlaqsız təklif edib, polisi döyməsi ilə öyünüb
  3. Daha bir rayon su böhranı ilə üz-üzə
  4. "ASAN xidmət" icazə sistemi ilə bağlı yeni məlumat yaydı
  5. Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görə
  6. DİN Koronavirusla bağlı əməliyyat keçirdi -BÖLGƏLƏRDƏ
  7. Bakıda marketlərdə polis postları yaradıldı - FOTO
  8. Özgələşdirilən və özgəninkiləşdirilən Bakımız
  9. Fizuli İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
  10. Bakıda karantini pozan çay evinin icarədarı 2 min manat cərimələndi - Fotolar
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI