Azərbaycanda 45 yaşdan sonra evlənənlərin statistikası

Azərbaycanda 45 yaşdan sonra evlənənlərin statistikası
Azərbaycanda 45 yaşdan sonra subay kimi ilk dəfə nikaha daxil olan kişilərin sayı qadınlarla müqayisədə daha çoxdur.

Xeberdar.net Trend-ə istinadən bildirir ki, bu fərq daha çox yaşı 60-dan yuxarı olan qadın və kişilər arasında özünü göstərib. Ötən il yaşı 60-dan çox olan 639 kişi evləndiyi halda, cəmi 141 qadın ailə həyatı qurub.

Ümumilikdə 2016-cı ildə Azərbaycanda 45-49 yaş arasında olan 1093 kişi, 50-59 yaş arasında 1167 kişi, 60 və yuxarı yaşda olan 639 kişi nikah bağlayıb.
Ötən il 45-49 yaş arasında nikaha daxil olan qadınların sayı 666, 50-59 yaşda nikaha daxil olanların sayı 698, 60 və yuxarı yaşda ailə quran qadınların sayı 141 nəfər olub.

2016-cı ildə Azərbaycanda 45-49 yaş arasında evlənən kişilərin 607-i, 50-59 yaş arasında evlənən kişilərin 418-i, 60 və yuxarı yaşda evlənən kişilərin 174-ü heç vaxt nikahda olmayıb.

2016-cı ildə ölkədə 45-49 yaşda ailə quran qadınların 499-u, 50-59 yaşda ailə quran qadınların 453-ü, 60 və yuxarı yaşda ailə quran qadınların 60-ı heç vaxt nikahda olmayıb.

Keçən il 45-49 və 60 yaşdan sonra subay olaraq ilk dəfə nikaha daxil olan kişilərin sayı qadınları üstələsə də, 50-59 yaş arasında subay kimi ailə quran qadınların sayı kişilərin sayından çox olub.

Azərbaycanın şəhərlərində 45 yaşdan sonra evlənən, eyni zamanda subay olaraq ailə həyatı quran kişilərin sayı kənd yerləri ilə müqayisədə daha çoxdur.
2016-cı ildə şəhərlərdə 45-49 yaşda nikaha daxil olan 649 kişinin 314-ü, 50-59 yaşda nikah bağlayan 770 kişinin 258-i, 60 və yuxarı yaşda nikah bağlayan 422 kişinin 96 nəfəri heç vaxt nikahda olmayıb.

Şəhər yerlərində 45-49 yaşda nikaha daxil olan 408 qadının 287-i, 50-59 yaşda nikaha daxil olan 477 qadının 277-i, 60 və yuxarı yaşda nikaha daxil olan 111 qadının 39-u heç zaman nikahda olmayıb.

Kənd yerlərində 45-49 yaşda nikaha daxil olan 444 kişinin 293-ü , 50-59 yaşda nikah bağlayan 397 kişinin 160-ı, 60 və yuxarı yaşda nikah bağlayan 217 kişinin 78 nəfəri ilk dəfə nikahda olub.

Kənd yerlərində 45-49 yaşda nikaha daxil olan 258 qadının 212-i , 50-59 yaşda nikah bağlayan 221 qadının 176-sı, 60 və yuxarı yaşda nikah bağlayan 30 qadının nəfəri heç vaxt nikahda olmayıb.
xeberdar.net

Azərbaycanda 45 yaşdan sonra evlənənlərin statistikası

  • 27-07-2017, 10:34
  • 385


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Siyasi partiyadan təqdirəlayiq addım- ehtiyacı olan ailələrə yardım edildi
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI