Ordumuzun şəhid olmuş zabiti Cəlilabadda torpağa tapşırılıb – FOTO

Ordumuzun şəhid olmuş zabiti Cəlilabadda torpağa tapşırılıb – FOTO
İyulun 29-dan 30-na keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhədə növbəti dəfə atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əkbərli Hüseyn Zakir oğlu torpağa tapşırılıb.

“Report”un Aran bürosu xəbər verir ki, 1993-cü il təvəllüdlü leytenantın Azərbaycan bayrağına bükülmüş cənazəsi bu gün axşam saat 23:30 radələrində doğulduğu Cəlilabadın Eçara kəndinə gətirilib.

Dəfn mərasimində Cəlilabad Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin rəsmiləri, hüquq-mühafizə orqanları əməkdaşları, mərhumun əsgər və zabit yoldaşları, ictimaiyyət nümayəndələri və başqaları iştirak ediblər. Şəhidin doğulduğu evdə vida mərasimi keçirilib. Sonra cənazə kənd qəbiristanlığına aparılıb. Şəhid zabitin cənazəsi yayılım atəşləri altında doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Tabut üzərindəki üçrəngli bayrağımız xatirə olaraq şəhidin ailəsinə təqdim edilib.

Allah rəhmət eləsin!
Ordumuzun şəhid olmuş zabiti Cəlilabadda torpağa tapşırılıb – FOTO
***

Cəlilabadlı şəhid zabitimiz doğulduğu kənddə torpağa tapşırılacaq.

“Report”un Aran bürosu xəbər verir ki, bu gün 24 yaşlı leytenant, şəhid Hüseyn Zakir oğlu Əkbərlinin cənazəsi bu gün doğulduğu Cəlilabad rayonuna gətiriləcək.

Qeyd edək ki, iyulun 29-dan 30-na keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq, Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Düşmən atəşinin qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, 1993-cü il təvəllüdlü, leytenant Hüseyn Zakir oğlu Əkbərli şəhid olub.

Allah rəhmət eləsin!

Ordumuzun şəhid olmuş zabiti Cəlilabadda torpağa tapşırılıb – FOTO

  • 31-07-2017, 08:24
  • 368


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  2. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  3. Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir
  4. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  5. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
  6. TOFİQ YAQUBLU İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ - Siyasi partiyalar tərəfindən
  7. 21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb –Kürdəmirdə
  8. Livan erməniləri Dağlıq Qarabağa köçürülür
  9. Payızda bu ölkələrdə COVID-19-dan ölənlərin sayı artacaq - ÜST
  10. İCRA BAŞÇISI VİLLASININ ƏTRAFINA YAŞILLIQ SALDI - Sakinlərin yolunu kəsdi + VİDEO
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI