"Qarabağ" bu gün tarixi oyuna çıxacaq

"Qarabağ" bu gün tarixi oyuna çıxacaq
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu "Qarabağ” növbəti avrokubok sınağına çıxacaq.

Ağdam təmsilçisi Moldovada bu ölkənin ən titullu klubu "Şerif”in qonağı olacaq. Bakıda rəqibini məğlub edə bilməyən (0:0) Qurban Qurbanovun yetirmələrini səfərdə qollu heç-heçə də qane edir. Ardıcıl 4-cü dəfə Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn ağdamlılar tilsimlənmiş raundu keçməyə iddialıdı. Əvvəlki üç mövsümdə "Zalsburq”, "Seltik” və "Viktoriya” sədlərinə ilişdikdən sonra mübarizəni Avropa Liqasında davam etdirən "Qarabağ” bu xoşagəlməz tendensiyanı qırmalıdır.

İndiyədək heç bir Azərbaycan klubu qitənin ən nüfuzlu klub turnirinin pley-offunda oynamayıb. Tiraspolda uğur qazanmaqla bu turnirin pley-offuna yüksələcək "Qarabağ” qrup mərhələsinə vəsiqəni təmin edəcək. Çünki növbəti raundda məğlubiyyət Avropa Liqasının, qələbə isə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə verir. "Şerif” səddi keçilməsə, "Qarabağ” yenidən Avropa Liqasının pley-offunda oynamalı olacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
1 avqust

21:00. "Şerif” (Moldova) – "Qarabağ” (Azərbaycan)
Baş hakim: Roy Reynşreyber (İsrail)
Tiraspol. "Şerif” stadionu
İlk oyun - 0:0

"Qarabağ" bu gün tarixi oyuna çıxacaq

  • 1-08-2017, 09:00
  • 394


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI