İş adamından təbiətə qarşı vəhşilik- Ağacların kötüklərini duzla yandırırmış - FOTO

İş adamından təbiətə qarşı vəhşilik- Ağacların kötüklərini duzla yandırırmış - FOTO
Bakıda restoran sahibi ağacları bilərəkdən məhv etdiyinə görə külli miqdarda cərimə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Milli.Az-a verilən məlumata görə, Nazirliyin "qaynar xətt"inə Binəqədi rayon sakini İnna Kuznetsova tərəfindən Biləcəri qəsəbəsində yerləşən "Bulaq" restoranının ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Nazirliyin əməkdaşları tərəfindən şikayət dərhal yerində araşdırılıb.
İş adamından təbiətə qarşı vəhşilik- Ağacların kötüklərini duzla yandırırmış - FOTO
Əraziyə keçirilən baxış zamanı 20-44 sm diametrliyində 67 ədəd Eldar şamının quruköküstə vəziyyətdə olduğu və 2 ağacın isə kəsilmiş kötükləri aşkar edilib.

Ağacların quruma səbəblərini müəyyənləşdirmək məqsədilə onların dibindən torpaq nümunələri götürülüb. Məlum oldub ki, torpaq səviyyəsindən 5 sm dərinlikdə ağacların dib kötüyünün həlqəvi olaraq 5-6 sm enində kəsici alətlə boy artımının dayandırılması dərəcəsinədək ciddi zədələndiyi, kötüklərinin yandırıldığı, həmçinin ağacların dibinə kristallaşdırılmış NaCl duzu tökülərək məqsədli şəkildə məhv edildiyi məlum olub.
İş adamından təbiətə qarşı vəhşilik- Ağacların kötüklərini duzla yandırırmış - FOTO
Araşdırma zamanı Biləcəri bələdiyyəsinin 15 avqust 2005-ci il tarixli 15 nömrəli icarə müqaviləsi ilə yaşıllıq olan 9503,3 kv.m torpaq sahəsinin uzun müddətli vətəndaş Eldar Quliyevə icarəyə verildiyi və eyni zamanda Biləcəri bələdiyyəsi tərəfindən həmin əraziyə nəzarət olunmadığı müəyyən edilib.
İş adamından təbiətə qarşı vəhşilik- Ağacların kötüklərini duzla yandırırmış - FOTO
Faktla bağlı "Bulaq" restoranının sahibi E.Quliyev barəsində akt tərtib olunub və yaşköküstə olmuş 69 ağacı məqsədli şəkildə məhv etdiyinə görə ona 57360 manat məbləğində ziyan tətbiq edilib.

Qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində ən ciddi tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Xeberdar.net

İş adamından təbiətə qarşı vəhşilik- Ağacların kötüklərini duzla yandırırmış - FOTO

  • 9-08-2017, 10:57
  • 454


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “İcra başçısı 200 nəfərin kartını mənimsəyib” – Məsələni araşdıran jurnalistə təzyiqlər olunur – VİDEO
  2. Cümlə qurmaq dövlət qurmaq qədər çətindir...
  3. Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
  4. Bu gün Reportyor.info xəbər portalının 3 yaşı tamam olur
  5. Rusiya və BƏƏ səsdən sürətli sərnişin təyyarəsi yaradır - Rusiyalı nazir
  6. Türkiyəyə daxil olmağa çalışan 4 terrorçu saxlanılıb
  7. “Gürcüstan Azərbaycanla daha çox dialoq aparmalıdır” - İrakli Qaribaşvili
  8. Taleh Qaraşovun “ofşor şirkəti” – “Cənub-2000”lə icra başçısını bağlayan nədir?
  9. PA-ya gələn qazi deputatdan şikayət etdi: “Ülviyyə Ağayeva dərmanları almadı…” – Foto
  10. Qaradağ yolunda qəza baş verib - FOTOLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
MARAQLI