Afət Telmanqızı “Space”dən də getdi

Afət Telmanqızı “Space”dən də getdi
“ANS”in simalarından biri telejurnalist Afət Telmanqızı fəaliyyət göstərdiyi “Space” televiziyasından uzaqlaşdırılıb.

Bir qrup keçmiş “ANS”çinin cəmləşdiyi “Space” televiziyasında artıq onlarla yollar ayrılmaqdadır. Belə ki, "Space" Teleradio Şirkətinin "Hər gün” informasiya departamentinin rəhbər əvəzi vəzifəsi həvalə olunan Afət də telekanaldan çıxarılıb. Məlumatlara görə o, məzuniyyətdən gec qayıtdığı üçün kanal rəhbəri tərəfindən cəzalandırılıb və kollektiv qarşısında fəaliyyətinə son verildiyi elan olunub.

Faktı “Qafqazinfo"ya telekanal rəsmisi Kamil Şahverdiyev də təsdiqləyib. O bildirib ki, Afət Telmanqızı işdən öz ərizəsi ilə ayrılıb.

Məsələylə bağlı Afət Telmanqızı ilə də əlaqə saxlamağa çalışdıq. Jurnalist telefonu açsa da, bu haqda danışmaq istəməyib.

Qeyd edək ki, "Space"də toplaşan keçmiş ANS-çilər arasında baş verən qalmaqallar daim mətbuata sızır. Sonuncu belə qalmaqal Afət Telmanqızı ilə Azadə Balayeva arasında yaşanmışdı.

Afət Telmanqızı “Space”dən də getdi

  • 9-08-2017, 12:09
  • 354


Oxşar mövzular
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI