ABŞ İraq kürdlərinə silah göndərir

ABŞ İraq kürdlərinə silah göndərir ABŞ-ın müdafiə naziri Eşton Karter dekabrın 17-də İraqın avtonom kürd regionunun paytaxtı Ərbilə baş çəkib. O, kürd prezidenti Məsud Bərzani, İslam Dövləti qruplaşması ilə vuruşan koalisiyanın komandirləri ilə görüşüb. Nazir ABŞ xüsusi əməliyyat qüvvələri ilə də görüşüb və əsgərlərlə nahar edib.

Carter-in sözlərinə görə, Bərzani onu əmin edib ki, kürd qüvvələri koalisiyanın Mosulu geri almaq səylərinə qoşulacaq. İŞİD Mosula ötən ildən nəzarət edir.

Müdafiə naziri onu da deyib ki, ABŞ-ın kürdlərə növbəti böyük silah göndərişi ilə iki kürd briqadası da silahla tam təmin olunacaq. Onun sözlərincə, təchizat bir neçə həftəyə kürdlərə çatdırılacaq.

Birləşmiş Ştatlar daha öncə gözləyirdi ki, kürdlər iki yeni briqadaya təlim keçdikdən sonra silahları göndərsin. Rəsmilər deyir, Karter onlarla görüşdən sonra əminlik qazanıb və avadanlığı tez göndərmək qərarına gəlib ("Azadlıq" radiosu).

ABŞ İraq kürdlərinə silah göndərir

  • 18-12-2015, 09:30
  • 565


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  3. Sabah hava necə olacaq –Proqnoz
  4. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  5. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  6. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  7. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
  8. “Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb” –DİN açıqlama yaydı
  9. MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
  10. Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI