Məmurların və MTN-in nəzarətində olan KİV-ləri nə gözləyir?

Məmurların və MTN-in nəzarətində olan KİV-ləri nə gözləyir?Mediaya qanunsuz sponsorluq edənlərlə bağlı cəza tədbirləri müəyyənləşdirildi

Azərbaycanda kütləvi informasiya vasitələrinə qanunsuz sponsorluq edənlər böyük məbləğdə cərimə olunacaqlar. Bununla bağlı müddəa yeni hazırlanan Inzibati Xətalar Məcəlləsində əksini tapıb.

Report-un məlumatına görə, layihənin 386-cı maddəsinə əsasən, kütləvi informasiya vasitələrinə, o cümlədən teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluqla bağlı “Teleradio və radio yayımı haqqında” qanunun və “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərinin pozulmasına görə fiziki şəxslər 1000 manatdan 1500 manatadək, vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək, hüquqi şəxslər isə 8000 manatdan 10000 manatadək miqdarda cərimə ediləcəklər.
Inzibati Xətalar Məcəlləsinin hazırda qüvvədə olan 188-ci maddəsinə əsasən, reklamı qadağan olunmuş məhsulların istehsalçıları və onların satışını həyata keçirən şəxslər tərəfindən kütləvi informasiya vasitələrinə (televiziya və radio yayımı istisna olmaqla) sponsorluğa görə 30 manatdan 50 manatadək miqdarda cərimə tətbiq edilir.

Yeni hazırlanan layihədə isə televiziya və radio yayımı ilə bağlı istisna ləğv olunub və cərimələrin bütün KIV-lərə şamil edilməsi nəzərdə tutulub. Daha bir yenilik isə cərimələrin belə qanun pozuntularına yol verən vəzifəli və hüquqi şəxslərlə yanaşı fiziki şəxslərə də şamil olunmasıdır. Hazırda qüvvədə olan Inzibati Xətalar Məcəlləsində fiziki şəxslərin cərimə olunması nəzərdə tutulmayıb.

Ekspertlər hesab edir ki, hakimiyyətin bu məsələyə diqqət yetirməsi səbəbsiz deyil. Məsələ burasındadır ki, iqtidarın nəzarətində olan bütün media quruluşları qeyri-rentabellidir və onların mövcudluğu ayrı-ayrı məmurların verdiyi dotasiyadan asılıdır. Bu halda isə həmin media quruluşları onlara sponsorluq edən məmurlar üçün silaha çevrilir. Yəni, mediası olan məmurlar bundan rəqiblərini “vurmaq” üçün istifadə edir. Bu isə hökumət daxilindəki ziddiyyətlərin daha da alovlanmasını şərtləndirir. Ona görə də iqtidar ideoloqları uzun illərdir ki, medianı bir əldə cəmləməyin yollarını arayırlar. Bu layihə həmin planın tərkib hissəsi ola bilər.

Digər tərəfdən “MTN işi” ilə bağlı o da məlum oldu ki, Eldar Mahmudov və dəstəsinin nəzarətində 40-dan çox sayt var. Ola bilər ki, bu layihədən həmin saytlara qarşı da istifadə ediləcək. /Azadlıq.info/

Məmurların və MTN-in nəzarətində olan KİV-ləri nə gözləyir?

  • 18-12-2015, 10:17
  • 911


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə; "İranla bağlanan o saziş təkcə siyasi deyil, həm də iqtisadi cəhətdən də nə qədər ziyanımızadır,.."
  2. “Məməmmədli” kəndinin probelmləri Türkiyənin televiziyasında yayımlanıb
  3. SAAKAŞVİLİ RUSİYA PREZİDENTİ HAQDA SENSASİON AÇIQLAMALAR VERDİ:"Sarkozi qorxmuş vəziyyətdə danışdı ki, Putin zombiləşib, o, çox təhlükəli adamdır..." - VİDEO
  4. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  5. Azərbaycanda əmək müqaviləsinin forması dəyişdirilir
  6. Azərbaycandan milyonlarla pulu çıxaran şəxslər kimlərdir? — DTX əməliyyatının ŞOK DETALLARI
  7. SABİQ NAZİRİN ŞİRKƏTİ 10 MİLYONLUQ TENDERİN QALİBİ OLUB - Son 9 ay ərzində ikinci dəfə
  8. "Ölkədə durum o qədər ciddiləşməkdədir ki, hər hansı kiçik bir hadisədən belə hər an böyük bir proses baş verə bilər" - Hürrü Əliyev
  9. Deputat karantin rejiminin qaydalarını pozub - FOTO
  10. Azərbaycanda daha bir vəzifəli şəxs cinayət başında yaxalandı, həbs edildi - RƏSMİ
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI