Ermənistan ordusunda BİABIRÇILIQ: komandir 2 əsgəri vəhşicəsinə DÖYDÜ

Ermənistan ordusunda BİABIRÇILIQ: komandir 2 əsgəri vəhşicəsinə DÖYDÜ
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrində növbəti cinayət hadisəsi qeydə alınıb.

Modern.az-ın məlumatına görə, Madagiz hərbi bazasında şəxsi heyət arasında nizamnamədən kənar qarşılıqlı münasibətlərin pozulması nəticəsində əsgərlər Asatryan və Arsen Markaryan ciddi bədən xəsarətləri alıblar.

Xidməti vəzifələrini yerinə yetirən alayın 4-cü taborunun hər iki əsgəri yuyunma yerinin təmizlənməsindən imtina etdikləri üçün taqım komandiri Aşot Gevorkyan tərəfindən vəhşicəsinə döyülərək hospitala yerləşdiriliblər.

Bundan əlavə məlum olub ki, elə həmin gün bu alayın 2-ci taborunun əsgəri Qaqik Martirosyanın da hələlik naməlum şəraitdə barmağı sındığı üçün hospitala aparılıb.

Ağdərə ətrafında yerləşən digər bölmədə odlu silahdan istifadə qaydalarının pozulması səbəbindən Hraç adlı əsgər barəsində açılan cinayət işi ilə əlaqədar hərbi qulluqçular Aram Mardinyan, Alyoşa Barseğyan, Apres Qriqoryan və Harutyun Hakopyan istintaqa cəlb olunublar.

Yenə də Ağdərədə yerləşən işğalçı ordunun hərbi hissədə müqavilə əsasında xidmət edən hərbi qulluqçu Armen Yeğazaryan tərəfindən kiçik rütbəli zabitin döyülməsi, o cümlədən fərarilik və mobil telefondan istifadə etmə faktları üzrə cinayət işləri açılıb.

xeberdar.net

Ermənistan ordusunda BİABIRÇILIQ: komandir 2 əsgəri vəhşicəsinə DÖYDÜ

  • 22-08-2017, 11:39
  • 393


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  3. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  4. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  5. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
  6. Alim: "1918-ci ildə Azərbaycan türkləri demokratik cümhuriyyət qurmağa qadir və layiq olduqlarını sübut etdi"
  7. Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
  8. Yol qəzasında 4 hərbçimiz həlak olub
  9. "Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
  10. Milli Məclis Deputatlarının maaş cədvəli açıqlandı- MƏBLƏĞLƏR
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI