Sabirabadda əməliyyat - 100 kq narkotik tapıldı

Sabirabadda əməliyyat - 100 kq narkotik tapıldı
Sabirabad RPŞ əməkdaşları tərəfindən "Xaş-Xaş 2017” kompleks tədbirlər planına uyğun olaraq ümumi çəkisi 94 kq olan xüsusi üsulla qulluq edilərək yetişdirilən çətənə kolları aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xeberdar.net-ə verilən məlumata görə, Sabirabad RPŞ-ə rayonun Qaratəpə kənd sakini Ramil Əhmədovun yaşadığı evdə narkotik tərkibli kolların əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əhmədovun evinə baxış keçirilib. Baxış zamanı qeyd edilən evin həyətyanı sahəsindən ümumi çəkisi 86 kiloqram 500 qram olan 23 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib.

Axtarış tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı evdən 3 ədəd şüşə balonda, 2 ədəd sellofan torbada, iki ədəd sintetik qabqa, 10 ədəd kibrit qutusunda ümumi çəkisi 3 kiloqram 200 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Həmçinin evin otaqlarından birindən qurumaq üçün asılan ümumi çəkisi 7 kiloqram 500 qram olan olan 7 ədəd çətənə bitkisi də aşkar edilib.

Bundan əlavə R.Əhmədovun üzərindən bir büküm çəkisi 0,10 qram olan heroin də aşkarlanıb.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar və zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xeberdar.net

Sabirabadda əməliyyat - 100 kq narkotik tapıldı

  • 22-08-2017, 12:47
  • 462


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkilindən təqdirəlayiq təşəbbüs-FOTO
  2. Ümid Partiyası 2019-cu il üçün maliyyə hesabatını açıqladı
  3. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  4. Salyan rayonunda koronavirusla bağlı əhali arasında təbliğat işləri davam etdirilir-FOTO
  5. Güney Azərbaycan üçün iki təhlükə: “Pandemiyadan daha qorxulu...” - Fəlsəfə doktoru
  6. Qoruyucu maskanı kimlər və necə istifadə etməlidirlər? - QAYDALAR
  7. Qazaxda düşmən təxribatı davam edir
  8. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  9. Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq
  10. “5-ci kolon” təhlükəsi varmı və siyasilər nə düşünür?
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI