Ümid Partiyası Mehman Əliyevin həbsilə bağlı bəyanat verdi

Ümid Partiyası Mehman Əliyevin həbsilə bağlı bəyanat  verdi
Ümid Partiyası “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin saxlanması ilə bağlı bəyanat yayaıb. Xeberdar.net-ə daxil olan bəyanatda deyilir:

“Avqust ayının 24-də ölkədə ilk müstəqil informasiya agentliyi olan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilərək şübhəli şəxs kimi saxlanılması hakimiyyətin müstəqil mediaya qarşı həyata keçirdiyi növbəti qeyri-qanuni hərəkətdir və bu bizlərdə çox böyük təəssüf hissi doğurur.
Hesab edirik ki, vergi qanunvericiliyinin tələblərini gözləmədən “Turan” İnformasiya Agentliyinin ofisində aparılan qanunsuz axtarışın ardından, Mehman Əliyevin saxlanması fərqli düşüncəyə və azad sözə qarşı siyasi hakimiyyətin dözümsüzlüyünün göstəricisidir.
Mehman Əliyev ölkəmizdə azad medianın tanınmış isimlərindən biri olmaqla yanaşı, beynəlxalq və yerli ictimaiyyətin etimad göstərdiyi nüfuzlu ictimai xadim, və hər zaman beynəlxalq tədbirlərdə ölkənin maraqlarını peşəkarcasına müdafiə edən istedadlı jurnalistdir.
Ümid Partiyası olaraq hesab edirik ki, Mehman Əliyevin həbsi ölkəmizin beynəlxalq aləmdə korlanmış imicini daha da bərbat vəziyyətə salacaq, Azərbaycanın adı növbəti beynəlxalq hesabatlarda yenə də qara siyahılara daxil ediləcəkdir. Bütün bunları nəzərə alaraq, siyasi hakimiyyəti “Turan” İnformasiya Agentliyinə qarşı irəli sürülən ittihamları ləğv etməyə, ölkəmizdə və beynəlxalq aləmdə ictimai xadim və peşəkar jurnalist kimi tanınan Mehman Əliyevin barəsində həbs qərarını dəyişdirməyə çağırırıq.”

Xeberdar.net

Ümid Partiyası Mehman Əliyevin həbsilə bağlı bəyanat verdi

  • 26-08-2017, 11:08
  • 220


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Axı bu ayrıseçkilik qoxan cümlələr bir aydının qələmindən necə çıxa bilər?!
  2. Baxış Nağıyevin Gədəbəydən göndərdiyi adamı Jurnalisti ölümlə hədələdi
  3. Rusiyalı ekspert: "Rəsmi Moskva İrəvana təzyiqini artırır"
  4. Abşeron RİH hava şəraiti ilə əlaqədar qərargah yaratdı
  5. İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə səyyar qəbulu keçiriləcək
  6. Bir karyeranın sirri – Və yaxud Cavid Qurbanovun yaratdığı möcüzələr…
  7. Elan- İtdiyi üçün etibarsız sayılır
  8. Nazirlik yayılan məlumatları təkzib etmədi
  9. BAKI VAQON DEPOSUNUN RƏİSİ İPƏ-SAPA YATMAYAN BƏLƏDÇİLƏRƏ «ƏXLAQSIZLIQ DAMĞASI» VURUR?
  10. Rusiyada toqquşan qırıcı təyyarələrin pilotları sağ tapıldı - Yenilənib
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI