Samir Piriyev Baş Prokurorluğa müraciət etdi – “Kamran Həsənliyə görə intihar həddindəyəm”

Samir Piriyev Baş Prokurorluğa müraciət etdi –  “Kamran Həsənliyə görə intihar həddindəyəm”
Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı pul qalmaqalı davam edir.Oxu.Az xəbər verir ki, dünən onların növbəti ibtidai istintaqı baş tutub. S.Piriyevin vəkili Ceyhun Yusifov məsələ ilə bağlı saytımıza açıqlama verib.

“Kamran Həsənlinin Samir Piriyevə qarşı etdiyi 115 min manat dələduzluğa görə bu gün növbəti ibtidai istintaq prosesi baş tutdu. Araşdırma nəticəsində istintaq orqanı tərəfindən Türkiyəyə əməliyyat tapşırığı verilib ki, Erhan Yılmaz adlı şəxsin ifadəsi alınsın. Çünki Kamran Həsənli deyir ki, münasibətlər, görüş, pulun alınması E.Yılmaz tərəfindən həyata keçirilib. E.Yılmaz isə Türkiyədə ifadəsində deyib ki, bu işin mənə aidiyyəti yoxdur, mən Samir Piriyev adlı adam tanımıram.

Bir ildən sonra Kamran həmin adamla bura gəldi və o şəxs başqa cür ifadə verdi. İndi üzləşdirmə prosesi oldu və dedi ki, guya Samir pulu ona yox, mühasibatlığa ödəyib.
Bu adam bizə deyir ki, mən Türkiyədə elə ifadə vermişəm, burada isə bu cür ifadə verəcəyəm. Demək olar ki, bu gün məhkəmədə bununla bağlı heç bir tədbir görülmədi.
Samir Piriyev tərəfindən Baş Prokurorluğa müraciət olundu: “Kamran Həsənliyə edilən himayədarlığa dözə bilməyib, intihar həddinə çatmışam. Mən nə edim?”, - deyə vəkil bildirib.

Samir Piriyev Baş Prokurorluğa müraciət etdi – “Kamran Həsənliyə görə intihar həddindəyəm”

  • 26-08-2017, 14:23
  • 495


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  2. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  3. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  4. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
  5. Livan erməniləri Dağlıq Qarabağa köçürülür
  6. Payızda bu ölkələrdə COVID-19-dan ölənlərin sayı artacaq - ÜST
  7. İCRA BAŞÇISI VİLLASININ ƏTRAFINA YAŞILLIQ SALDI - Sakinlərin yolunu kəsdi + VİDEO
  8. RUS-TÜRK BİRGƏ PATRULUNDAN NƏ SORAQ VAR? –Suriyalı qaçqınlar bir ifratdan digərinə sığınır
  9. DÖVLƏT SƏRHƏDİNDƏ ERMƏNİ TƏXRİBATI - Hərbçimiz yaralanıb
  10. Türkiyənin ilk uçan avtomobilinin sınağı uğurla başa çatdı - VİDEO
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI