Dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində əsaslı təmir işləri davam edir

Dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində əsaslı təmir işləri davam edir



Dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində artıq 46 kilometr dəmir yolu əsaslı təmir olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda Bakı sərnişin stansiyasında 3 dəst yolayrıcı qurğusu dəyişdirilir və Bakı sərnişin – Keşlə mənzilində 3 kilometr uzunluğunda baş yollarının təmiri həyata keçirilir.

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə başlanılıb və bu günə kimi 46 kilometr yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 kilometr uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur.

Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarları Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına 40 dəqiqə müddətində çata biləcəklər.

Statistik göstəricilərə görə Sumqayıtdan Bakıya və əks istiqamətdə avtomobil yolundan gün ərzində 110 min avtomobil, təxminən 200 min insan istifadə edir.

Dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində əsaslı təmir işləri davam edir

Dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində əsaslı təmir işləri davam edir

  • 30-05-2015, 15:14
  • 943


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  2. DAHA BİR ŞİRVANLI MƏMUR HƏBSİN ASTANASINDA – Xanəli Əzizov süpürgəçi qadına əxlaqsız təklif edib, polisi döyməsi ilə öyünüb
  3. Daha bir rayon su böhranı ilə üz-üzə
  4. "ASAN xidmət" icazə sistemi ilə bağlı yeni məlumat yaydı
  5. Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görə
  6. DİN Koronavirusla bağlı əməliyyat keçirdi -BÖLGƏLƏRDƏ
  7. Bakıda marketlərdə polis postları yaradıldı - FOTO
  8. Özgələşdirilən və özgəninkiləşdirilən Bakımız
  9. Fizuli İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
  10. Bakıda karantini pozan çay evinin icarədarı 2 min manat cərimələndi - Fotolar
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI