Azərbaycanlı “avtoş” Tiflisi bir-birinə qatdı - VİDEO

Azərbaycanlı “avtoş” Tiflisi bir-birinə qatdı - VİDEO Cümə günü Gürcüstanın paytaxtı Tiflisdə azərbaycanlının hərəkəti böyük səs-küyə səbəb olub.

Xeberdar.net-in oxu.az-a istinadən verdiyi məlumata görə, dekabrın 18-də gürcülər Gürcüstanın Avropa ilə viza rejiminin ləğv edilməsini Tiflisdə bayram ediblər.

Avropaya vizasız gediş-gəlişlə bağlı razılaşmanı bayram edən zaman bir azərbaycanlı Tiflisin mərkəzində “Hammer” markalı avtomobillə “avtoşluq” edib.

Bunu görən gürcülər azərbaycanlının yolda etdiyi qanun pozuntularını telefon vasitəsi ilə lentə alıblar. Kameraya çəkildiyini görən azərbaycanlı sürücü daha da həvəslənib və avtomobil ilə müxtəlif qayda pozuntuları etməyə davam edib.

Gürcülər lentə alınan videogörüntüləri sosial şəbəkələrdə “blatnoy” qonaq (“ბლატნოი” სტუმრები) adı ilə paylaşıblar.

Görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Xeberdar.net

Azərbaycanlı “avtoş” Tiflisi bir-birinə qatdı - VİDEO

  • 19-12-2015, 15:11
  • 683


Oxşar mövzular
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MARAQLI