Jurnalistin vəkili: “Həkimlərə cinayət işi açılsın”

Jurnalistin vəkili: “Həkimlərə cinayət işi açılsın”“Rasim Əliyevin işi prezidentin nəzarətində olduğu üçün hesab edirəm ki, Cavid Hüseynovu məhkəmə zalından buraxmayacaqlar, ona hökm oxuyacaqlar. Əgər iş yalnız istintaqdan asılı olsaydı, başqa məsələ, amma indi prezidentin nəzarətindədir”.

Bunu AzadlıqRadiosuna müsahibəsində döyülərək öldürülmüş jurnalist Rasim Əliyevin vəkili Əsabəli Mustafayev deyir.

Vəkil deyir ki, Cavid Hüseynovun oynadığı “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun son müsahibəsi onu narahat edib: “Medianın məlumatına görə, Fariz Nəcəfov deyib ki, Cavid Hüseynovun üstündən jurnalist Rasim Əliyevin qətlində təşkilatçı olma ittihamı götürülüb. Halbuki, Cavid Hüseynov istintaqa bu maddə ilə cəlb olunmayıb”.
Cavid Hüseynovun vəkili Adəm Məmmədov isə AzadlıqRadiosuna müsahibəsində deyib:

“Cavid Hüseynova qarşı belə bir ittiham olmayıb ki, götürülsün də. “Qəbələ” futbol klubu gərək müsahibə verməsin, onsuz da haqq Cavid Hüseynovun tərəfindədir, nə ehtiyac var müsahibəyə”.

AzadlıqRadiosunun gün ərzində “Qəbələ” futbol klubu ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.

Əsabəli Mustafayev bildirib ki, onlar həkimlərə də cinayət işi açılması ilə bağlı vəsatət qaldıracaqlar: “Həkimlər də ittiham elan olunmalıdır. Bizdəki sübutlar nəzərə alınmalıdır.

Jurnalist Rasim Əliyev “Facebook”da “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynovu tənqid edən status yazdıqdan sonra avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb.

O, avqustun 9-na keçən gecə xəstəxanada vəfat edib. Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Jurnalistin ölümü ilə əlaqədar 6 nəfər həbs olunub ki, onların arasında Cavid Hüseynov da var. Digər beş nəfərdən fərqli olaraq, futbolçu jurnalistin döyülməsində yox, cinayəti bilib xəbər verməməkdə ittiham olunur.
Xeberdar.net

Jurnalistin vəkili: “Həkimlərə cinayət işi açılsın”

  • 20-12-2015, 22:51
  • 897


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. YASAMALI QARIŞ-QARIŞ SATAN ELŞAD HƏSƏNOVUN KORRUPSİYA ƏMƏLLƏRİ- VİDEO ARAŞDIRMA
  2. Ağdamda ekskavator minaya düşdü, bir nəfər ağır yaralandı...
  3. Rusiyadakı parlament seçkisinin ilkin nəticələri - Sensasiya olmadı
  4. Müəllimlərin maaşı yeni qaydada hesablanacaq
  5. Bakıya qarşı hiyləgər plan - “sülh istəyən” Paşinyan öldürülə bilər
  6. İrandan gətirilən kartov Azərbaycana buraxılmadı - SƏBƏB
  7. Prokuror AXCP sədrinin mühafizəçisinə 15 il cəza istədi
  8. Ərdoğan BMT-də həm də bu dövlətlər üçün ədalət tələb etdi - ŞƏRH
  9. Azərbaycanda 33 yaşlı kişi minaya düşdü - YENİLƏNİB
  10. Ərdoğanın Moskva səfərinin tarixi AÇIQLANDI
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI