Zakir Fərəcovun qəzəbi və azadlığı əlindən alınan Müqayis Verdiyevin gerçəkləri

Zakir Fərəcovun qəzəbi və azadlığı əlindən alınan Müqayis Verdiyevin gerçəkləri
Dünən iş adamı, “Azər-İnşaat-2009” MMC-nin direktoru, hazırda həbsdə olan Müqayis Verdiyevin Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova etdiyi müraciət ölkənin bir sıra media orqanlarında işıqlandı. Ciddi faktlara əsaslanan müraciəti təhlil etməzdən öncə Sumqayıt icra başçısı Zakir Fərəcovun fəaliyyətinə qısa nəzər salaq.

Biz, Realliq.info olaraq dəfələrlə Sumqayıtda baş verən qanunsuzluq, sadə vətəndaşların pozulmuş hüquqlarına icra başçısının biganə münasibəti, şəhəri ağuşuna alan qanunsuz tikintilər və Zakir Fərəcovun yarıtmaz fəaliyyəti barədə geniş bəhs etmişik. Sumqayıtlıların, eləcədə şəhərdə dövlət səviyyəsində görülən işlərə cəlb olunan iş adamlarının pozulmuş hüquqları və müraciətlərini dərc edərək ölkə ictimaiyyətini məlumatlandırmışıq. Bununla yanaşı Sumqayıt icra başçısının dövlət əmlakını necə talamasına, şəhərin uşaq baxçası və digər təhsil ocaqlarını sökdürərək yerinə binalar tikdirməsini, etiraz edən insanları polis idarəsinin rəisi vasitəsilə həbs edərək işgəncələrə məruz qoymasına biganə qalmamışıq.

Biz yazmışıq, yazırıq. Lakin, Zakir Fərəcov fəaliyyətində dəyişiklik etməməklə öz şəxsi maraqlarına söykənən və qanunazidd əməllərini davam etdirir. Ölkənin böyük bir şəhərində qoçuluq edən məmurun ədalətə açdığı savaşın arxasında yatan maraqlar, bizim yuxarı dediyimiz orqanların diqqətindən nədənsə yayınmaqdadır. Ölkə başçısının siyasi kursunun tam əksini həyata keçirən icra başçısının sahibkarlara yaşatdığı zülmün hesabını sormağa borclu olan qanun keşikçiləri susmağa üstünlük verir, olunan müraciətlərə cavab verməkdən çəkinirlər. Kimdir bu Zakir Fərəcov? Onu dövlətin maraqlarından, qanunlarından öndə tutan şərtlər nədir?

Zakir Fərəcov kimdir?
Zakir Fərəcovun istər Abşeron rayonunda, istərsədə Sumqayıtda icra başçısı işlədiyi dönəmə nəzər salanda məlum olur ki, bu məmurun qaydalarına və yersiz tələblərinə “yox” deyənlər ağır cəzaya məhkum olunurlar. Ya canı, ya da ki, azadlığı əlindən alınan insanların üzərində hökmdarlıq edən Zakir Fərəcovun qəzəbinin qurbanları çoxdur. Bu məmurun keçmişinə nəzər salsaq onun ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin cinayətkar şəbəkəsi ilə sıx bağlılığını görürük. Harda cinayətə meyllilik və ya cinayətkar qrup varsa onlara dəstək verənlər sırasında öndə gedən Zakir Fərəcovun olduğuna şahidik. Keçmiş MTN generalları Eldar Mahmudov və onun cinayətkar şəbəkəsinə rəhbərlik edən Akif Çovdarovun yaxın dostu olan icra başçısı Abşeronda bir çox iş adamlarını onların əli ilə cəzalandırırdı. Icra başçısına etiraz edənlər MTN “padvallarında” işgəncələrə məruz qalır və tələblərə tabe olmayınca döyülürdülər. Zakir Fərəcovun istəklərini anındaca həyata keçirən cinayətkar şəbəkə mükafatsız qalmamışdı. İcra başçısı onlara Abşeronda torpaq və obyektlər hədiyyə etməklə dostluğa “sadiqliyini” göstərmişdi.
Zakir Fərəcovun qəzəbi və azadlığı əlindən alınan Müqayis Verdiyevin gerçəkləri

Zakir Fərəcovun tapşırığı və sərəncamları ilə hazırda həbsdə olan keçmiş MTN generalı Akif Çovdarova verilən hədiyyələrin sayına və dəyərinə diqqət edək:
1. Abşeron rayonunun Novxanı kəndində yerləşən 0,1073 ha torpaq sahəsi -dəyəri 86.000 manat,
2. Abşeron rayonunun Novxanı kəndində yerləşən 0,0886 ha torpaq sahəsi -dəyəri 71.000 manat ,
3. Abşeron rayonu Novxanı kəndi Novxanı bağlar massivində yerləşən 1276 a nömrəli bağ evindəki 0,18 ha torpaq sahəsi və 222,31 kvadrat metr fərdi yaşayış evi - dəyəri 808.000 manat,
4. Abşeron rayonu Novxanı kəndindəki 0,11 ha torpaq sahəsi və onun üzərindəki 241,9 kvadrat metr bağ evi - dəyəri 700.000 manat,
5. Abşeron rayonu Saray kəndində yerləşən 0,15 ha torpaq sahəsinin - dəyəri 60.000 manat,
6. Abşeron rayonu Saray kəndində yerləşən 0,6754 ha torpaq sahəsi - dəyəri 203.000 manat,
7. Abşeron rayonu Saray kəndində yerləşən 0,17 ha torpaq sahəsi - dəyəri 59.500 manat, və s.

Ümumi dəyəri 1milyon 987 500 manat təşkil edən əmlakların Zakir Fərəcovun şəxsi mülkü olmadığı hamıya bəllidir. Dövlətin və sadə vətəndaşların torpaqlarını vəzifə səlahiyyətlərini aşaraq cinayətkar bir qrupa hədiyyə edən icra başçısının cinayətə meyllilik vərdişlərinin keçmişindən doğduğunu deyənlər də az deyil.

Sumqayıta gələn bəla və “Akulanın” növbəti gedişi
MTN çevrəsinin ifşasından sonra hamı Zakir Fərəcovun da cəzalandırılacağını düşünürdü. Lakin icra başçısı törətdiyi əməllərinin hesabını təəssüf ki, vermədi. Sumqayıta icra başçısı təyin olunandan sonra “abadlaşdırma” adı ilə bir çox iş adamlarını aldadaraq müflis edən məmurun cəzasızlıq mühitindən yararlanaraq dövlətin ayırdığı milyonları mənimsəməsi danılmaz faktdır.
Sumqayıt şəhərinin abadlaşması üçün avadanlıq və tikinti materiallları verən sahibkarlar, eləcə də işlərin icrasını həyata keçirən fəhlələrin bir qismi icra başçısının özbaşınalığından aidiyyatı orqanlara müraciət ediblər. Lakin Sumqayıta gələndən sonra özünə “Akula” ləqəbi götürən və bu adı ilə fəxr edən Zakir Fərəcova “gözün üstə qaşın var” deyən tapılmadı...

Realliq.info zərərçəkmiş 11 iş adamının siyahısını bir müddət öncə təqdim etmişdi :

Aydın Abdullayev -119532 manat

İsa Qasımov -136500 manat

Eyvaz Abbasov – 201600 manat

Məhəmməd Əsgərov -176924 manat, 40000 dollar (bayrağın alınması üçün )

Çingiz Mansurov -248300 manat

Bilal Piriyev – 98339,50 manat

Rəşad Abbasov – 35600 manat

Bəxtiyar Əlinağıyev – 10270 manat

Zöhrab Rzayev – 264280 manat

İlham Məmmədov – 297000manat

Elçin Qarayev – 36000 manat

Bu siyahını uzatmaq olar. Daha bir neçə sahibkarın milyonları Akula Zakirin cibinə girib və insanlar müflis ediliblər.
Etiraz edənlər icra başçısının özü ilə Sumqayıta gətirdiyi Polis rəisinin işgəncələri ilə üzləşdilər. Sumqayıt polis idarəsinin rəisi Əkbər İsmayılovun ağasına xoş getsin deyə sahibkarları və fəhlələri idarənin “padvallarına” dolduraraq döydürməsi və şərləməsi günün adi xəbərinə və reallığa çevrilib. Pulunu ala bilməyən və etiraz edən sahibkarların bir neçəsi işgəncələrdən və həbsdən çəkinərək susmağa məcbur oldu. Lakin onların arasında susmayan sahibkar da tapıldı və o haqqını tələb etdiyi üçün Sumqayıtın Akulasının tapşırığı ilə həbs olundu.

Haqqını istəyən amma azadlığından olan Müqayis Verdiyevin həqiqətləri

Zakir Fərəcovun qəzəbi və azadlığı əlindən alınan Müqayis Verdiyevin gerçəkləri

İş adamı, “Azər-İnşaat-2009” MMC-nin direktoru, hazırda həbsdə olan Müqayis Verdiyev Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova müraciətindən sonra hamının diqqəti yenidən hüquqları pozulmuş sahibkarın etiraflarına yönəlib. Müqayis Verdiyev, Zakir Fərəcovun tapşırığı ilə 2016-cı ilin oktyabrın 7-də Sabunçu rayon ərazisində yerləşən evindən Sumqayıt polis idarəsinin əməkdaşları tərəfindən həbs olunub. Həmin vaxt mətbuatda gedən məlumatlarda göstərilirdi ki, iş adamının həbsi icra başçısnın xüsusi göstərişi ilə həyata keçirilib.

Çünki, Sumqayıt şəhəri ərazisində inşa edilən Dənizkənarı Bulvar və Sumqayıt şəhərinin girişində həyata keçirilən abadlıq işləri məhz Müqayis Verdiyevin vəsaiti və onun cəlb etdiyi iş adamlarının vəsaiti ilə, həmçinin onların topladığı işçi qüvvəsi tərəfindən həyata keçirilib.
Müqayis Verdiyevin həbs olunması əslində Zakir Fərəcovun hegomonluğunun növbəti nümünəsi sayıla bilər. Sumqayıt Dənizkənarı Bulvarının tikintisini həyata keçirən sahibkarın icra başçısından haqqını tələb etməsi onun 11 aydır ki, azadlığını əlindən alıb. Lakin susmağı özünə rəva bilməyən və ədalətin bərqərar olacağına inanan iş adamının icra başçısı tərəfindən zindana salınması dəhşətli olduğu qədər də özbaşınalığın son həddidir.

Zakir Fərəcov və ya “Akula” adlandırılan məmurun qoçuluğunun qurbanları çoxalmaqda davam edir. İnsanları əzməklə, haqllarını əlindən almaqla ad çıxarmış Fərəcova ədalət məhkəməsinin qurulacağı günün uzaqda olmadığına inanırıq. Müqayis Verdiyevin müəmmalı həbsi və bu həbsin səbəblərinə nəzər salanda gerçəyi deyənlərin bir məmur tərəfindən bu cür cəzalandırılmasına ad vermək olmur. Kimdir Zakir Fərəcov? Dövlətin əmlakını talayıb, insanların azadlığını əlindən alan bu məmurun yaşatdığı faciələr bəs etmirmi?
Fəaliyyəti dövründə ən rəzil əməllərə rəvac verən məmurun haqsızlığının qurbanına çevrilən iş adamı Müqayis Verdiyevin həbsinin əsl səbəbləri və Akula Zakirin digər qanunsuz əməllərindən növbəti yazıda bəhs edəcəyik.
Ardı var.

Realliq.info

Zakir Fərəcovun qəzəbi və azadlığı əlindən alınan Müqayis Verdiyevin gerçəkləri

  • 7-09-2017, 12:57
  • 364


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  5. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
  6. İsmayıllıda reyd keçirilib - FOTOLAR
  7. DTX XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİR - Rəsmi açıqlama
  8. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  9. Şənbə günü üçün hava proqnozu açıqlandı
  10. Naxçıvanda koronavirusdan ölənlərin sayı açıqlandı
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI