Əhval-ruhiyyəni necə yüksək edək?

Əhval-ruhiyyəni necə yüksək edək?Pis əhvallı olmaq nəinki sizi qəmgin edər, hətta immun sisteminizi belə aşağı salar. Bunun nəticəsində də çox sayda xəstəliklərə düçar olarsınız. Ruh və mənəviyyatınızı gümrah saxlamaq və əxlaqınızı daha xoş etmək üçün sizə bir neçə tövsiyəmiz vardır.

1. Gülüş.
Tədqiqat göstərir ki, gülüş və şad olmaq immun ssitemini gücləndirər. Bədəni hər cür xəstəlikdən qoruyan hüceyrələrin artmasına yardım edər. Gülüş beyində olan endorfin maddəsini artırar. Şübhəsiz, şad insanlar uzunömürlü olur. Ona görə də əhvalınızı xoş etmək üçün pozitiv materialları mütaliə edin.

2. Ünsiyyət.
xeberdar.net-ə istinadən bildirir ki, yaxşı əhvala malik olan insanlarla ünsiyyət qurmaq və oturub-durmaq sizin əhvalınıza müsbət təsir qoyacaqdır. Bu zaman da endorfin maddəsi artar və ömrünüzü uzadar. Stressi azaldar. Tədqiqat göstərir ki, o yataq xəstələri ki, davamlı olaraq ünsiyyət qurmuşlar, başqalarından daha tez sağalıblar.

3. İdman etmək.
Tədqiqatlar göstərir ki, idman bədəni sağlam saxladığı kimi, əhvalın xoş olmasına da müsbət təsir göstərir. Çünki insanın səbir və hövsələsini artırır. Bunun üçün faydalı idman növlərindən istifadə edin. O cümlədən üzmək, qaçmaq, press hərəkətləri və avar çəkmək kimi.

4. Dərindən nəfəs almağı öyrənin.
Düzgün nəfəs almaq insan bədənində olan zəhərli qazları xaric edər. İnsan gün ərzində bədənində olan zəhərli maddələrin 30%-ni ağciyərləri vasitəsilə dəf edər. İnsan düzgün nəfəs alarsa, zehni və fikirləri açılar, enerjisi artar və xasiyyəti yaxşılaşar.

5. Gülü iyləmək.
Tədqiqatlar göstərir ki, iyləməyin bədənə və zehnə birbaşa təsiri vardır. O zaman ki, insan öz iyləmək orqanını təhrik edər, beyindəki limbic sistemini fəallaşdırar. Bu sistemin insanın hafizəsi və ruhiyyəsi ilə əlaqəsi vardır. Yasəmən gülünü iyləmək ruhiyyənizə yaxşı təsir qoyar, ona görə də bu gülün yağını boynunuza və digər yerlərə sürtün və onu iyləyin. Bundan başqa, sevdiyiniz gülü iyləyərək, ruhi rahatlıq tapar və xasiyyətiniz dəyişər.

Əhval-ruhiyyəni necə yüksək edək?

  • 12-09-2017, 17:44
  • 152


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI