Elşad Xose: “Ayrılan kimi ya qarğayır, ya təhqir edirlər”

Elşad Xose: “Ayrılan kimi ya qarğayır, ya təhqir edirlər”
Bu gün rəqqasə Oksana Rəsulova ilə reper Elşad Xosenin baş rollarını bölüşdüyü “Mələyin öpüşü” filminin təqdimatı olacaq.

Reper ekran işi ilə bağlı təəssüratlarını musavat.com saytı ilə bölüşüb: “Tamaşaçıları maraqlı film gözləyir. Heç bir filmə bənzəmir. Plagiat deyil. Film də həyatdan götürülüb, bəzi kadrlar oxşar ola bilər, bu normaldır. “Mələyin öpüşü” bu sahəyə yenilik gətirəcək. Bəzi səhnələr bizim həyatımızdan götürülüb. Bizim eşqimiz əks olunub desək, daha doğru olar.Filmdəki öpüş səhnəsi həyatda da yaşanıb. Mən Oksananı susdurmaq üçün öpmüşəm. İnanıram ki, tamaşaçılar da filmi bəyənəcək.

- Filmdəki öpüş səhnəsi uzun müddətdir ki, müzakirə olunur.

- Bura Azərbaycandır. Açıq-saçıq səhnələr qəbul olunmur. Filmimizdə də lə səhnələr yoxdur. Bir dəfə Oksananı öpdüm. Bir öpüşümüz 5 aydır müzakirə olunur.

- Bəs bura Azərbaycan olmasaydı, açıq-saçıq səhnələrə çəkilərdiniz?

- Heç vaxt çəkilməzdim. Bu barədə çərçivələrim var.

- Keçmiş həyat yoldaşı ilə eyni filmdə çəkilmək necə hissdir?

- Biz heç vaxt düşmən olmamışıq. Həyatımız həmişə başqalarına maraqlı olub. Müzakirə edilmişik. Hər kəs mədəni şəkildə ayrıla bilmir. Boşanırlar, sonra qırğınlar davam edir, bir-birilərini təhqir edib, qarğayırlar. Biz elə cütlük deyilik. Mədəni şəkildə ayrıldıq, dostluğumuz isə davam edir. Oksana ilə rol almaq gözəl hiss idi. Mənim üçün daha asan oldu hər şey.

- Yenidən barışıq ola bilərmi?

- Bu haqda heç nə deyə bilmərəm. Hər şey qismətdir. Biz küsülü deyilik ki, barışaq. Yenidən münasibətə başlamağımız isə qismətdir.

- Çəkiliş zamanı çətinlik çəkdiyiniz səhnə oldumu?

- Çətinlik çəkdiyim səhnələr oldu. Ağlamalı yerdə gülürdüm. Həmişə yasda da gülməyim gəlir. Qalan səhnələri isə açıqlamaq istəmirəm. Çünki filmin marağı qalmaz. Film nümayişindən sonra açıqlama verəcəyəm. Çətinlik çəkdiyim zaman ustad aktyorlarımız kömək edirdi. Fuad Poladov ilə işləmək çox məsuliyyətli idi.

- Sevənləri Xosedən yeni klip, rep gözləyirdi. Siz isə tamaşaçıların qarşısına filmlə çıxdınız.

- Yeni işlərim çoxdur. Sadəcə bu haqda danışmıram, tamaşaçılar da elə bilir ki, Xose passivləşib. Artıq efirlərə çıxmıram.

- Sizi televiziyadan uzaqlaşdıran nədir?

- Səbəbini bilmirəm. Əvvəlki kimi həvəsim yoxdur. Hazırda rəqabətdə yoxdur. 10 il öncə hər şey fərqli idi. Bəlkə də, maliyyə yoxdur. Hazirdakı atmosfer işləməyə sövq etmir.

- “Mələyin öpüşü” uzun müddət hər şeydən uzaq qalan Xosenin geri dönüşü ola bilərmi?

- Bu film sahəsinə addımdır. Indiyə kimi təkliflər çox olmuşdu, lakin özümü orada görməmişdim. Film izləməyi sevən biriyəm. Çox film izlədiyim üçün pisi yaxşıdan seçirəm. Oksana “Şər qarışanda” filmini çəkəndə dedim ki, çəkmə, izlənməyəcək. Elə də oldu. Bundan sonra özümü aktyor kimi də sınayacağam.

- Bundan sonra hansı janrda olan filmdə özünüzü sınamaq istəyirsiniz? Arzuladığınız rol var?

- Dramda çəkilərəm. Əslində komediyadan başqa hər janrda çəkilə bilərəm. Özümü komediya janrında görmürəm.

- Yeni çəkilən Azərbaycan filmlərini izləmisiniz?

- İzlədiklərim və bəyəndiklərim var. Amma bəyəndiyim filmlər populyarlıq qazanmayıb. Həqiqi hekayəyə uyğun çəkilən filmlər sevilə bilər. Heyf ki, böyük məbləğdə pullar xərclənir, amma ortada heç nə yoxdur.

- Xeyli kilo itirmişiniz. Səbəbi nədir?

- Sosial bir layihə hazırlayıram. Onun üçün arıq olmalıyam. Arıqlamağımın səbəbi budur.

Elşad Xose: “Ayrılan kimi ya qarğayır, ya təhqir edirlər”

  • 14-09-2017, 17:56
  • 317


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xətai rayonunda bu ərazi də satıldı
  2. XÜSUSi TƏYİNATLILAR İCRA HAKİMİYYƏTİNƏ BASQIN ETDİ - Neftçaladə əməliyyat
  3. ÇİNİN 5G SİSTEMİNƏ QARŞI ABŞ-ın KORONAVİRUS ƏMƏLİYYATI:iki amerikalı professorun hazırladığı virus dünya nizamını necə dəyişir? - ARAŞDIRMA
  4. Tanınmış jurnalist hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət edəcək
  5. TALANAN MİLYARDLAR, MƏHV EDİLƏN MİLYONLUQ TEXNİKA... - Həbs edilən olacaqmı? + FOTOLAR
  6. Xətai rayonunun "islahatçı" icra başçısının gerçək üzü
  7. Jalənin döyülməsini gizlədən “City Hospital”dan şok – Faktlar
  8. AZƏRBAYCANDA KOLLEC DİREKTORU VƏ MÜAVİNİ TUTULDU –Rüşvətlə
  9. DAHA BİR DEPUTATIN ADI KREDİT QALMAQALINDA - Sabiq nazir deputatın oğlunu məhkəməyə verib
  10. ÖLKƏ ŞOKDA! Orduda korona virus yayıldı - KARANTİN ELAN OLUNDU
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MARAQLI