Azərbaycan-Çexiya oyununun biletləri satışa çıxarıldı - QİYMƏTLƏR

Azərbaycan-Çexiya oyununun biletləri satışa çıxarıldı - QİYMƏTLƏR
Azərbaycan milli komandasının Çexiya yığmasına qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçının biletləri satışa çıxarılıb.

Xeberdar.net AFFA-nın Facebook səhifəsinə istinadən xəbər verir ki, oktyabrın 5-də Bakı Olimpiya Stadionundakı oyun üçün biletləri "Asan Xidmət" mərkəzlərindən (1,2,3 və 4), Heydər Əliyev Sarayının kassalarından, 28 Mall, Gənclik Mall, M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı), Bülbül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı), Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası) ünvanlarından, eləcə də onlayn olaraq iTicket.az saytından almaq olar.

Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq 1 – 6, VİP yerlər üçün isə 50 manatdır.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda sentyabrın 27-də Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin "Qarabağ" – "Roma” və Azərbaycan – Çexiya oyunu keçiriləcəyini nəzərə alaraq, AFFA və "Qarabağ” futbol klubu birgə layihə həyata keçirəcək. Layihəyə əsasən, "Qarabağ”ın ÇL-dəki ilk və milli komandanın cari tsikldə son ev matçın olduğundan, azarkeşlərə güzəştlər tətbiq ediləcək. Ağdam komandasının oyununa bilet alan fanatlar millinin Çexiya ilə qarşılaşması üçün bileti eyni sektordan olan yerə real qiymətindən 50 faiz ucuz əldə edə biləcəklər. Bunun üçün azarkeşlər yığmanın görüşü üçün bilet alarkən "Qarabağ” – "Roma” oyununun biletini kassalara təqdim etməlidir.

Azərbaycan-Çexiya oyununun biletləri satışa çıxarıldı - QİYMƏTLƏR

  • 16-09-2017, 15:21
  • 253


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mən Kamal Abdullanın qərəzli şəkildə ləkələdiyi əmək kitabçamın davasını aparıram, kreslo davasını yox!
  2. Övladının günahını valideynlərindən çıxan riyakar” Qəhrəman ” lar
  3. Sənin soyun dünyanın sonuna kimi artacaq və bəşər durduqca Uca Allahın adını Həmd-səna ilə anacaqlar!
  4. Zakir Fərəcovun birinci müavini qoçuluq edir... - “Bizi işdən çıxarmaqla hədələyir...“
  5. Mirvarid Dilbazi yad edilib
  6. GORANBOYDA GƏRGİNLİK – Polisin güllələdiyi şəxs öldü (YENİLƏNİB)
  7. Baş Prokurorluq və DİN Goranboydakı hadisəylə bağlı birgə məlumat yaydı
  8. İqbal Ağazadə: " Bu məsələdə DSX məsuliyyət daşıyır."
  9. Azərbaycanın dağlıq və dağətəyi rayonlarında leysan yağacaq- Nazirlik məlumat yaydı
  10. “Sərhəddə baş verənlər bizim üçün utancvericidir” – DEPUTAT
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI