İnsan Haqları Gözətçisi: Ərəbistan bir daha Yəmənə qarşı kaset bombalardan istifadə edib

İnsan Haqları Gözətçisi: Ərəbistan bir daha Yəmənə qarşı kaset bombalardan istifadə edib


İnsan Haqları Gözətçisi bildirib ki, Səudiyyə Ərəbistanı Yəmənə qarşı hücumlarda kaset bombalardan istifadə edib.

Bu silah sivil əhali, xüsusilə də uşaqlar üçün ciddi təhlükə sayılır. Beynəlxalq Səhər Kanalının məlumatına görə, İnsan Haqları Gözətçisi bu gün bazar, bir hesabat yayaraq, Ərəbistanın kaset bombalardan istifadə etdiyini bildirib: "Qadağan olunmuş kaset bombalarından istifadə nəticəsində ən azı 2 sivil yaralanıb". Bu məlumata görə, 27 aprel tarixində 2 sivil yəmənli Səədə vilayətində, Əmr kəndi yaxınlığında Ərəbistan qırıcılarından atılan kaset bombasının qəlpələrindən yaralanıb. 29 aprel tarixində də Ərəbistan ilə sərhəd məntəqədə yerləşən bir kənddə 4 mülki kaset bombasından yaralanıb. Yaralananlardan biri 10 yaşlı yeniyetmə olub. İnsan Haqları Gözətçisi həmçinin bildirir ki, 23 may tarixində Ərəbistan qırıcıları bir daha kaset bombasından istifadə edərək, Səədə vilayətini hədəfə alıblar. Amma xoşbəxtlikdən zərərçəkən olmayıb. Buna baxmayaraq, bu bombalarda istifadə olunan partlayıcı maddələr dərhal partlamır və onunla təmas qurduqda partlayış baş verir. Bu da insanın ölümünə və ya ağır yaralanmasına yol aça bilir. İnsan Haqları Gözətçisinin araşdırıcısı olan Oli Sulfang da Ərəbistanın başçılıq etdiyi Ərəb Koalisiyasının Yəmənə qarşı hücumlarda kaset bombalardan istifadə etdiyini təsdiq edərək, deyib: Ərəbistan bilməlidir ki, bu növ silahlardan istifadə etmək sivil əhali, xüsusilə də uşaqlar arasında ciddi tələfata səbəb olur.

İnsan Haqları Gözətçisi: Ərəbistan bir daha Yəmənə qarşı kaset bombalardan istifadə edib

  • 31-05-2015, 17:31
  • 733


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  3. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  4. Güclü külək rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub
  5. İran İraqın siyasi səhnəsindən geri çəkilir –QAFQAZ ÖLKƏLƏRİNİN BANKLARI YENİ STRATEGİYADA HANSI VƏZİFƏNİ İCRA EDƏCƏK?
  6. İcra başçısından nümunəvi addım - Hədiyyəsini vətəndaşın evinə apardı - FOTOLAR
  7. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  8. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  9. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  10. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI