“İndi kişilər evdə oturur, qadınlar işləyir” - Vəfa Zeynalova

“İndi kişilər evdə oturur, qadınlar işləyir” - Vəfa Zeynalova
Əməkdar artist Vəfa Zeynalova qadınların işləməsindən danışıb.
Xeberdar.net-in Axşam.az-a istinadən məlumatına görə, aktrisa “Səhər-səhər” verilişində bildirib ki, indi kişilər tənbəlləşib:

“Kişilər inciməsin, etiraf etsinlər ki, son vaxtlar tənbəlləşiblər. İndi qadınlar daha işgüzardır. Kişilərin çoxu evdə oturur, qadınları çalışır. İşə gedən qadın uşağına da baxır, yeməyini də bişirir, ev işlərini də görür. İşlərini elə düzüb-qoşur ki, hər şeyə vaxt çatır. Uşağını baxçaya qoyacaq, ər evə gələndə qarşısına yemək də qoyacaq. Əgər kişinin qabağında süfrə açılmırsa, ər özü yemək çəkib yeyirsə, öz cəzasıdır”.

Zeynalova həyat yoldaşı ilə büdcələrinin bir olduğunu söyləyib: “Qazancımızı bir yerə qoyuruq və xərcləyirik. Yoldaşım nə qədər qazanır bilirəm. O da mənim teatrdan aldığım maaşı bilir. Əlavə qonorarlarımı isə heç soruşmur. Onları öz xərclərimə sərf edirəm. Evdə bəzən pul üstə söz-söhbətlər olur. Lazımsız yerlərə böyük məbləğ xərclənəndə mübahisə baş verir”.

“İndi kişilər evdə oturur, qadınlar işləyir” - Vəfa Zeynalova

  • 16-09-2017, 16:54
  • 480


Oxşar mövzular
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MARAQLI