Mağazadan uşağa meyvə şirəsi aldı, içindən elə şey çıxdı ki… –FOTO+ VİDEO

Mağazadan uşağa meyvə şirəsi aldı, içindən elə şey çıxdı ki… –FOTO+ VİDEO
Salyan sakini dükandan bir meyvə şirəsi alıb evə gətirib. Şirənin qabını açdıqda içindən bilinməyən tullantılar çıxıb. Ailə başçısı deyir ki, yaxşı ki, şirəni birbaşa uşağa içizdirməyiblər. Yoxsa zəhərlənmə ola bilərdi.

Xəzər xəbər-in məlumatına görə, hadisə Salyan rayon Aşağı Noxudlu kənd sakini Ramil Fərzəliyevin başına gəlib. O, bir neçə gün öncə kənddəki dükanların birindən azyaşlı övladı üçün 200 qramlıq qabda olan meyvə şirəsi alıb. Evdə uşağa şirəni içirməzdən əvvəl Ramil Fərzəliyevin həyat yoldaşı onu yoxladıqda məlum olub ki, şirənin dadi və rəngi tam fəqlidir.

Bu azmış kimi şirənin qabının içindən mənşəyi məlum olmayan tullantı da çıxıb. Meyvə şirəsinin qabına baxdıqda istifadə müddəti hələ bitməyib. Ailə başçısı deyir ki, yaxşı ki, şirəni bir başa uşağa içizdirməyiblər. Yoxsa zəhərlənmə ola bilərdi. Şirənin içindən çıxan isə heyvanın daxili orqanlarından bir parçaya oxşayır. Amma nə olduğu dəqiq bilinmir.

Məsələ ilə bağlı Ramil Fərzəliyev şirəni aldığı dükana gedərək öz narazılığın bildirib. Lakin ordan deyiblər ki, məsuliyyəti istehsalçı şirkət daşıyır. Valideyin iddia edir ki, istehsalçı şirkətlə danışıb onlara mövcud faktı bildirib. Lakin istehsalçı şirkətdən əvvəl məsələnin araşdırılacağına söz verilsə də, sonradan onun zənglərinə cavab verən tapılmayıb.

xeberdar.net

Mağazadan uşağa meyvə şirəsi aldı, içindən elə şey çıxdı ki… –FOTO+ VİDEO

  • 18-09-2017, 00:14
  • 320


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  3. Sabah hava necə olacaq –Proqnoz
  4. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  5. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  6. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  7. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
  8. “Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb” –DİN açıqlama yaydı
  9. MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
  10. Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI