Fuad Qəhrəmanlı sənədləri imzalamaqdan imtina etdi

Fuad Qəhrəmanlı sənədləri imzalamaqdan imtina etdiAXCP sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlı özünə qarşı ittihamları saxta hesab etdiyindən müstəntiqin ona təqdim etdiyi bir sıra sənədləri imzalamaqdan imtina edib. Bu barədə “Azadlıq”a Fuad Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi müəyyən istintaq hərəkətlərinin aparılması məqsədilə vəkil Fəxrəddin Mehdiyevlə birlikdə Fuad Qəhrəmanlı ilə görüşüb. Müstəntiq aparılan istintaq hərəkətlərilə bağlı bir sıra sənədləri Fuad Qəhrəmanlıya təqdim edib. Lakin AXCP sədrinin müavini ittihamların saxta və qondarma olduğunu əsas gətirərək, həmin sənədləri imzalamaqdan imtina edib. Vəkil sözlərinə görə, təqdim olunan sənədlər arasında ekspert rəyləri də vardı.

Vəkil onu da qeyd edib ki, Fuad Qəhrəmanlının ailə üzvlərilə telefonla danışmaq hüququ məhdudlaşdırılıb. Qanuna görə, təcridxanada saxlanılan dustağın həftədə iki dəfə ailə üzvlərilə danışmaq hüququ var. Lakin Fuad Qəhrəmanlının bu hüququ pozulur.

Fuad Qəhrəmanlı eyni zamanda, həbsindən sonra evində axtarış zamanı götürülmüş kompüteri, həmçinin özünün şəxsi telefonundan çirkin məqsədlər üçün istifadə olunmasından narahatdır.

“Fuad Qəhrəmanlının evindəki axtarış zamanı götürülmüş kompüter hələ də qaytarılmayıb. Halbuki, qaytarılmalıydı. Çünki o, ailənin birgə istifadəsi üçün olub. Fuad Qəhrəmanlının mobil telefonu da istintaq qrupunun əlindədir. Fuad Qəhrəmanlı ehtiyat edir ki, sonradan bu əşyalar vasitəsilə internetə saxta məlumatlar yerləşdirə bilərlər”, – deyə vəkil bildirib.

Təzəxan

Fuad Qəhrəmanlı sənədləri imzalamaqdan imtina etdi

  • 22-12-2015, 15:26
  • 773


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  3. "Ölkədə durum o qədər ciddiləşməkdədir ki, hər hansı kiçik bir hadisədən belə hər an böyük bir proses baş verə bilər" - Hürrü Əliyev
  4. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  5. Təhsil Naziri Ceyhun Bayramova MÜRACİƏT…
  6. 30 iyunda gözlənilən hava şəraiti
  7. Bakıda Mağazaları yoxlayan dəstə peyda olub - FOTOLAR
  8. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  9. Polis əməliyyat keçirdi, saxlanılanlar var –DİN
  10. Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI