Elçibəyin qardaşından BƏD XƏBƏR GƏLDİ

Elçibəyin qardaşından BƏD XƏBƏR GƏLDİ
"Atam bir aydan çoxdur ki, yataq rejimindədir. Həkimlər səhhətinin normallaşmağa doğru getdiyini deyirlər. Hamımız onun yanındayıq. Ümid edirik ki, atamız tezliklə ayağa qalxacaq".
Bunu Modern.az-a açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı qızı Aygün Əliyeva atasının səhhətindən danışarkən deyib.

Onun sözlərinə görə, Almurad Əliyevin səhhətində 3 ay bundan əvvəl problem yaranıb.

"Atam 3 aydan çox olardı ki, səhhətindən şikayət edirdi. Daha sonra həkimlər əməliyyat olacağını söylədilər. Bir ay olar ki, sidik kisəsindən əməliyyat olunub. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Sudeyif İmamverdiyev əməliyyat edib".

Aygün Əliyeva mərhum eks-prezident Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi məsələsinə də toxunub.

"Atamın səhhətində problem yarandığından bəzi məsələlər yarımçıq qalıb. İnşallah sağalıb ayağa qalxan kimi bütün məsələləri yoluna qoyacaq".

Almurad Əliyevin səhhətində yaranan problemlərdən danışan qızı, kimsənin atasının səhhəti ilə maraqlanmadığını dilə gətirib.

"Atam bir neçə aydır ki, xəstədir, amma heç kəs ona zəng edib maraqlanmayıb. Nə iqtidar, nə də müxalifət tərəfdən kimsənin yadına düşüb. Təəssüf ki, laqeyd münasibət göstərdilər. Atamın heç kəsin maddi yardımına ehtiyacı yoxdur. Ən azı, zəng edib maraqlana bilərdilər".

Elçibəyin qardaşından BƏD XƏBƏR GƏLDİ

  • 19-09-2017, 18:06
  • 570


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR
  2. SOS: Şamaxıda bir ailənin 17 ildən sonrakı dramı – Asif və ailəsinin sabahdan küçədə yaşam mücadiləsi başlayır
  3. “Çox təəssüf ki, bacarmadım” –Yadigar Sadıqlı "Miqrant alveri"nə görə tutulan müsavatçılardan yazdı
  4. "Onlar peşəkarlıqda bizdən geri qalırlar" - Azər Xudiyev
  5. “Yayılan videgörüntülərlə bağlı araşdırma aparılır” – Bakı polisi
  6. Bakıda doğulan qəribə körpə ÖLÜB - Baş həkimdən AÇIQLAMA (VİDEO)
  7. Gürcüstanda 8 min nəfər QİÇS-ə yoluxub – Onlardan 43-ü uşaqdır
  8. Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət etdi:"Bizneslərinizi şəffaflaşdırın"
  9. Rafael Cəbrayılov barəsində qaldırılan iddia üzrə məhkəmə başlayıb
  10. Sabah hava necə olacaq? –PROQNOZ
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI